Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirdən rəislərə göstəriş: "Qısa müddətdə..."
Tarix: 08-07-2016 | Saat: 17:26
Bölmə:M / Siyasət / Gündəm | çapa göndər

Nazirdən rəislərə göstəriş: "Qısa müddətdə..."

İyulun 8-də Daxili İşlər Nazirliyində (DİN) 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-dən "Xəbəraz.az "-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, dünyada və onun ayrı-ayrı regionlarında mövcud siyasi gərginliklərə, iqtisadi böhrana baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən hərtərəfli islahatlarda və quruculuq işlərində yaxından iştirak edən daxili işlər orqanları tərəfindən respublikada ictimai asayiş və təhlükəsizlik 2016-cı ilin 6 ayında da etibarlı qorunub. Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.

Daxili işlər orqanları və Daxili Qoşunlar digər hüquq mühafizə və xüsusi xidmət strukturları ilə qarşılıqlı əlaqədə respublikanın müxtəlif yerlərində keçirilmiş yüzlərlə kütləvi və beynəlxalq tədbirdə, o cümlədən «Formula - 1 Avropa Qran-Pri» yarışlarında asayişin və təhlükəsizliyin təmini sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. O, qeyd edib ki, şəxsi heyətin gərgin əməyi dövlətimizin başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirilərək bir qrup əməkdaş dövlət mükafatları ilə təltif olunub, ali xüsusi rütbələrə layiq görülüb.

Geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14.251 cinayət qeydə alınıb. Onların 94,2 faizi və ya 13.429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb.

Belə ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.

Qeyd olunub ki, cinayətlərin açılması sahəsində əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət əvvəlki illərdə olduğu kimi, kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəlib.

Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb.

Polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanılıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb.

Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib.

Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24.700 manat və 10 min ABŞ dolları olan 347 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəldiyi nəzərə çatdırılıb. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də sistemli və ardıcıl olub. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.

Nazirin birinci müavini qeyd edib ki, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.

Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari ilin 6 ayında təxminən 28 faiz artıb.

Məruzəçi bildirib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib. Belə ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır.

Vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmini üzrə fəaliyyət çərçivəsində 59,2 faiz çox, yəni 972.383 nəfərə şəxsiyyət vəsiqəsi, 179.792 nəfərə isə ümumvətəndaş pasportu verilib.

Mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda 56 cinayət törətmiş 65 şəxs yaxalanıb.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının və səfərbərliyin yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi nəzərə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin DİN rəhbərliyinin, xüsusən daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da yerinə yetirildiyi, hesabat dövründə 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 2849 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu vurğulanıb.

Polis general-leytenantı Vilayət Eyvazov dövlət başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.

Məruzə ətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir, bununla yanaşı, Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri deyib ki, daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini tam yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.


Xəbəri paylaş

1 0318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___