Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Onun bütün xərclərini üstümə götürürəm, hətta bir ev də söz verirəm"
Tarix: 07-07-2016 | Saat: 12:27
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Təki Fomenkovun proqnozu reallaşsın, mən onun bütün xərclərini üstümə götürürəm, hətta ona Ağdamda bir ev də söz verirəm.
"Xəbəraz.az " bildirir ki, bu sözləri axar.az-a rusiyalı ictimai xadim Aleksandr Fomenkovun bu ilin payızına qədər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi ilə bağlı proqnozuna münasibət bildirərkən millət vəkili, yazıçı Aqil Abbas deyib. Deputat Fomenkovun dediyi özünü doğruldarsa, onu Ağdamda evlərində qonaq edəcəyini, gözəl bir məclis quracağını, kitablarının təqdimatını belə keçirəcəyini deyib:

"Təki onun proqnozu reallaşsın, mən onun xərclərini qarışlayacağam, hətta ona Ağdamda bir ev də söz verirəm. Düzdür, Şuşada tikdirə bilmərəm, buna imkanım çatmaz. Ancaq Ağdamda həyət yerləri çoxdur və dediyi düz çıxarsa, ona Ağdamda ev tikdirəcəyəm".

Millət vəkili Elman Məmmədov isə rusiyalı yazıçının açıqlamasına maraqlı münasibət bildirib:

"Bu yaradıcı bir insanın, mənəviyyat adamının haqq çağırışıdır. Milliyyətcə rus, dini xristian olsa da, çox güman ki, bu məsələni dərindən bildiyindən hər kəsi ədalətə səsləyir. O, əslində, bu fikirləri ilə özü kimi düşünən ziyalılara səslənir. Təbii ki, bu cür insanların mövqeyi Rusiyanın siyasətinə təsirsiz ötüşə bilməz. Rusiyada siyasətçi, politoloq və rəsmi dövlət məmurları arasında belə insanlar çoxdur. Hətta bəzi seçilmiş şəxslər qəbul edirlər ki, haqq Azərbaycanın tərəfindədir, hətta bilirlər ki, bu gün Ermənistan deyilən dövlətin yaradıldığı ərazi də Azərbaycanın torpaqlarıdır. Azərbaycan keçən əsrin əvvəllərində o torpaqları güzəştə getdi ki, ermənilər öz dövlətlərini qursun. Fomenkovun timsalında bir çox rus ziyalısı Şuşadan hansı dünya səviyyəli tarixi şəxsiyyətlərin çıxdığını gözəl bilir. Ölkəmizə münasibətini belə səmimi və qabarıq büruzə verən bu cür insanları alqışlayıram. Onun çağırışına nəinki Rusiyadan, başqa dövlətlərdən də qoşulacaqlar. Çünki o, görkəmli bir şəxsiyyətdir, sıradan biri deyil. Mən də bir məcburi köçkün, millət vəkili olaraq ona təşəkkür edirəm".

Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, Azərbaycan gələcəkdə nəinki Fomenkov, hətta Qarabağda işləmək istəyən istənilən rus ziyalısının xərcini çəkməyə hazırdır:

"Bu məsələdə Rusiya siyasi elitası ciddi rol oynaya bilər. Bəzu ruslar onillər ərzində, təəssüf ki, ermənipərəst mövqe tutmuş, Qarabağ təşkilatı belə yaratmış, oraya çoxlu rus ziyalıları cəlb etmişdilər. İndi onların içərisindən Fomenkov kimi ədalətli adamlar peyda olursa, bunu ancaq alqışlamaq olar".

Qeyd edək ki, rusiyalı yazıçı, ictimai xadim, tarixçi Aleksandr Fomenkov bu ilin payızına qədər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini yazıb.

"Əgər mən haqlı olsam, o zaman Şuşaya gəlib, rus dili müəllimi işləyəcəyəm. Haqlı olacağım halda kim mənim Qarabağ səfərimin xərclərini üzərinə götürməyə hazırdır? Dediklərim olmasa, bütün şeirlərim, məqalələrim, esselərimi yandıracağam və bir də ölüm anına qədər "Azərbaycan" adını dilimə almayacağam", - A.Fomenkov əminliklə bildirib.


Xəbəri paylaş

9488 dəfə oxunub.

Digər xəbərlər
31-07-2015, 01:49 İnter 2-0 məğlub oldu

bütün xəbərlər
____ Instagram ___