Ermənilər Azərbaycanı talan edirlər - Foto
Tarix: 04-07-2016 | Saat: 12:56
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər
Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər.
APA xəbər verir ki, Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı günü-gündən artır. Həmin karxanalarda doğranan mişar daşları Ermənistana aparılır.
Ərazidə aparılan işləri təmas xəttinə yaxın yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür. Təmas xəttinə yaxın kəndlərdə yaşayan sakinlər bildiriblər ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb: “Böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 21:19
Nazir xarici ölkə nümayəndələri ilə görüşdü - Yeniləndi
16-05-2023, 14:48
Şəbnəmdən həyat yoldaşı ilə ayrı yaşamaları xəbərinə reaksiya
14-12-2018, 15:47
Leysan yağacaq, temperatur 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
24-04-2019, 11:29
Qaz limitinin ləğvi mümkündürmü?
29-12-2015, 23:24
Naxçıvan gömrüyündə monopoliya ləğv edildi
9-12-2016, 19:57
Bakıda uçqun olub: 3 nəfər xəsarət aldı
9-08-2023, 17:58
İstedadlı müəllimə,yenilikçi pedaqoq-Tutu Məcidova
13-09-2022, 20:53
50 hərbçimiz şəhid olub - Rəsmi
6-03-2016, 15:23
İŞİD-in "paytaxtı"nda terrorçulara qarşı üsyan başladı
5-05-2016, 03:20
“Messenger”də özü silinən mesaj funksiyası olacaq