Ərdoğanla Putinin niyə barışdığı məlum oldu
Tarix: 03-07-2016 | Saat: 18:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Türkiyə prezidentinin Su-24 təyyarəsinin vurulmasına görə Rusiyadan üzr istəyib münasibətlərin normallaşmasına doğru addım atmasının arxasında hansı maraqların dayandığını barədə "Foreign Policy" jurnalı yazıb.
"Xəbəraz.az " xəbər verir ki, məqalədə deyildiyinə, görə Ərdoğanın Moskva ilə münasibətləri normallaşdırmağa qərar verməsi təkcə Türkiyənin böhran yaşayan turizm sektorunu dirçəltmək məqsədi ilə bağlı deyil. Bunun arxasında daha böyük maraqlar dayanır və Türkiyənin İsraillə münasibətləri bərpa etməyi, Səudiyyə Ərəbistanı və Qətərlə strateji əlaqələri dərinləşdirməyi nəzərdə tutan daha geniş strategiyanın bir hissəsidir.
Jurnal yazır ki, Türkiyə bütün gücüylə İranın Yaxın Şərqdəki hegemonluğunun yayılmasını dayandırmağa çalışır. Hazırda İran regional lider rolunu Səudiyyə Ərəbistanın əlindən almağa çalışır, bunu o cümlədən neft və qaz ixracını kəskin artırmaqla həyata keçirməyə can atır.
Belə bir vaxtda Türkiyə Rusiya ilə energetika əməkdaşlığını genişləndirmək, İsrail qazının Avropaya yolunu açmaq və regionda mövqelərini möhkəmləndirmək istəyir. Münasibətlərin normallaşması Su-24 təyyarəsinin vurulmasından sonra təxirə düşən "Türk axını" qaz kəməri layihəsini aktuallaşdırıb. "Qazprom" artıq bəyan edib ki, istənilən vaxt bu layihənin həyata keçirilməsinə başlamağa hazırdır. Əgər layihə həyata keçirilsə, bu kəmərdən əsas qaz alıcısı Türkiyə olacaq və nəticədə bu ölkə bahalı İran qazından imtina etmək üçün tutarlı arqument əldə edəcək.
Xəbəri paylaş
9568 dəfə oxunub.
Digər xəbərlər

22-03-2015, 21:37
Elşad Xose:" söyüş söyməyin"
2-03-2016, 23:01
Azərbaycanda 22 manatlıq avtomobil nömrəsi 25 minə satılır - FOTOLAR
26-11-2021, 09:35
Təhsil kreditindən kim daha çox qazanacaq: - Tələbələr, yoxsa banklar?
26-06-2015, 18:48
Ölən insanın vücudunda 24 saat ərzində gedən prosesler
30-06-2022, 12:46
Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi - 30 İyun Sevgililər Günüdür
11-10-2017, 11:59
Xanəndə Könül Məmmədli:"Sənəti olmayan,bayağı ifalar edənlər.."
27-07-2016, 14:29
"Baku Bus” 59 sürücünü işdən azad edib: 65 nəfərə xəbərdarlıq
29-01-2020, 11:05
AZAL ABŞ-a uçuşları dayandırdı
4-11-2015, 22:02
Bakıda iraqlı tələbə suriyalını döydü