Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Mümkünsə, edam etdirin” – yazıçı Əlisa Nicatdan prezident Əbülfəz Elçibəyə
Tarix: 01-07-2016 | Saat: 16:23
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

“Mümkünsə, edam etdirin” – yazıçı Əlisa Nicatdan prezident Əbülfəz Elçibəyə

Teleqraf.com yazıçı-filosof Əlisa Nicatın prezident Əbülfəz Elçibəyə 1992-ci ilin iyununda mətbuatda yazdığı açıq məktubundan bəzi hissələri təqdim edir:

- Azərbaycanlıları məhv olmaqdan xilas edən Ənvər paşanın adına bir küçə və meydan qoydurun. Haqq-ədalət naminə.

- Biz osmanlılardan ruhən qat-qat yüksəkdəyik. Britaniya, fransız və alman ensiklopediyalarında Üzeyir bəy və Axundov var, türklərin isə yalnız bir neçə sultanı.

- Kim olur-olsun, cinayətkarları cəzalandırın. Anbarları doldurub saxlayanları, malları kooperativ dükanlara verənlərin heç olmasa, bir-ikisini cəzalandırın. Heç bir cinayətkarı nəinki cəzalandırır, heç işdən qovmurlar. Mümkünsə, türklər 1918-ci ildə Bakıda etdiyi kimi edam etdirin, onda qayda-qanun olar.

- Özünüzə və ətrafınızdakılara güzəştsiz olun. Mən istərdim ki, seçkilərdə bir dəfə yox, bir neçə dəfə qalib gələsiniz.

- 1920-ci ildə ADR-in məhv olmasına səbəb ədalətsiz demokratiyaya hədsiz uyub parlamentə erməni və bolşevikləri daxil etmələri oldu. Hər şey öz orta həddində gözəldir. Demokratiya nədir? Xalqın hakimiyyəti. Bu isə illuziyadır. Xalq heç vaxt hakimiyyət başında olmur, olsa, onda hər şey məhv olar. Xalqı onun ağıllı, müdrik, nəcib oğulları idarə edir. Perikl kimi

- Əbülfəz bəy, unutmayın ki, biz ən qatı və amansız zülm və əsarət məngənəsindən çıxmışıq. Əgər illərdən bəri keyfiyyətsiz yeməklər yeyənə birdən-birə ləziz təamlar verilsə, zəhərlənər və ya qaranlıq zülmətə öyrəşən birdən-birə gün işığına çıxarılsa, kor olar. Bunlar dönə-dönə təcrübədən çıxmış həqiqətlərdir. Bizi xaosa bərabər olan ifrat demokratiya bədbəxt edə bilər... Bir Motsartın, da Vinçinin və ya Mirzə Şəfinin varlığı yüz minlərlə demokratiyadan bəhrələnən infuzorun varlığından üstündür.

- Siz necə olsanız, ətrafınızdakılar da balaca "sizlər" olacaq. Elə edin ki, ədalətsizlikdən, qanunsuzluqdan qorxsunlar.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___