Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fransada “erməni soyqırımı”nı tanımayanlar cəzalanacaq
Tarix: 30-06-2016 | Saat: 22:06
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Fransada “erməni soyqırımı”nı tanımayanlar cəzalanacaq

Fransa hökuməti “erməni soyqırımı” təkzibinin kriminallaşdırılması haqqında qanun layihəsinin mətnini təqdim edib

Fransa hökuməti “erməni soyqırımı” təkzibinin kriminallaşdırılması haqqında qanun layihəsinin mətnini təqdim edib.

Bu barədə “Nouvelles d "Armenie" xəbər verir.

Məlumata görə, “Soyqırımların və bəşəriyyətə qarşı cinayətlərin təkzibinin kriminallaşdırılması haqqında qanunun layihəsi” Fransa Milli Məclisində müzakirə edilən bərabərlik və vətəndaşlıq haqqında qanun layihəsinin mətninə müvafiqdir.

Fransanın erməni təşkilatlarının koordinasiyası üzrə Şura hökumətin, Fransa prezidentinin qəbul etdiyi öhdəçiliyinə müvafiq olan bu təşəbbüsünü alqışlayıb.

“Ümidvarıq ki, qanun layihəsi artıq bu il qəbul ediləcək. Bu illərdə erməni icmasını dəstəkləyən bütün xadimlərin mütəmadi işini alqışlayırıq. Biz bütün parlament qüvvələrini razılaşdırılmış bu mətn ətrafında birləşdirməyə çağırırıq”, - Fransanın erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın bəyanatında deyilir.(oxu.az)


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___