Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərkisyan özünü Qarabağ prosesinə hazırlayır
Tarix: 26-06-2016 | Saat: 11:14
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Sərkisyan özünü Qarabağ prosesinə hazırlayır
Ermənistan başa düşür ki, gec-tez Qarabağ prosesi başlamalıdır.

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, növbəti görüşə qədər rəsmi Bakı konkret addımlar ata bilər:

“Əslində, Qarabağ məsələsi üzrə görüşlər Madrid prinsipləri əsasında qurulur. Madrid prinsipləri isə özlüyündə mərhələli həll planı deməkdir. Yəni plana əsasən, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlamalıdır və yalnız bundan sonra digər məsələlərlə bağlı danışıqlar davam etdirilə bilər. Görünür, hansısa incəliklərdən dolayı bu plan yenidən təxirə salınır. Aparıcı dövlətlər başa düşürlər ki, artıq münaqişə ilə bağlı müəyyən irəliləyişə ehtiyac var. Hər şey mərhələli həll prosesin başlamasından asılıdır. Növbəti görüşlərin arxasında müəyyən konkret nəticələr artıq labüddür. Ola bilsin, rəsmi Bakı yeni görüşə qədər konkret addımlar atsın. Ermənistan hər görüşdən sonra təşvişə düşür. Sərkisyanın Sankt-Peterburq görüşündən dərhal sonra Dağlıq Qarabağa gedərək separatçı rejimə dəstək verməsi sübut edir ki, ermənilər gec-tez prosesin başlayacağını bilirlər”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırdıqlarını açıqlayıb.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___