Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev 3 sərəncam imzaladı
Tarix: 23-06-2016 | Saat: 18:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev 3 sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəfər Məmməd oğlu Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilsin”.

***

Prezident İlham Əliyev Niyazi Hüseynqulu oğlu Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev Əlövsət Qəzənfər oğlu Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilsin”.


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___