Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Salyanda uşaqlar ölən xəstəxananın həkimi: “Dedik, Pediatriya Xəstəxanasına aparın, dedilər lazım deyil”
Tarix: 21-06-2016 | Saat: 18:15
Bölmə:M / Karusel | çapa göndər

Salyanda uşaqlar ölən xəstəxananın həkimi: “Dedik, Pediatriya Xəstəxanasına aparın, dedilər lazım deyil”
Dünən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn üçəmlərdən iksinin ölümünə görə ailə üzvləri həkimləri ittiham edir.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, üçəm dünyaya gətirən Mirzabitə Abdullayevanın anası Şəlalə Abdullayeva uşaqların həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü deyib: “Xəstəxanada işıqlar sönüb, uşaqlar oksigen çatışmazlığından küvezdə ölüb. Biz işıqlar sönəndə dedik ki, generatoru işə salın, amma bunu etmədilər. Səhər saat altıya işləyəndə uşaqların iksinin öldüyünü dedilər. Uşaqlar havasızlıqdan öldü”.

Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri İradə Ağalarova isə APA-ya bildirib ki, uşaqların ölümünə səbəb elektrik enerjisinin kəsilməsi olmayıb: “Uşaqlar vaxtından əvvəl, müəyyən fəsadlarla doğulub. Anada da kəskin qan azlığı və anemiya müşahidə edilib. Hamiləliyin 31-ci həftəsində doğulan uşaqların çəkisi 1,1 və 1,305 kiloqram olub. Onların ikisi də doğuşdan 30 dəqiqə sonra ölüb. Sağ qalan körpənin çəkisi 1,250 kiloqramdır və müalicəsini davam etdirmək üçün Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərildi”.

Ölən körpələrin meyitləri də müayinə olunmaq üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Müayinələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xüsusi komissiyası tərəfindən aparılacaq və 2-3 həftə ərzində davam edəcək. Körpələrin ölüm səbəbi müayinələrin nəticəsindən sonra məlum olacaq.

“Azərenerji” ASC-nin Salyan rayon şöbəsindən APA-ya verilən məlumatda qeyd olunub ki, Salyan rayonunda aparılan təmir işləri ilə bağlı elektrik enerjisinin iyunun 21-də gecə saat 1.00-dan-3.00-dək kəsiləcəyi barədə əlaqədar orqanlara qabaqcadan xəbərdarlıq olunub.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.


Xəbəri paylaş

1 5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___