Prezident Nardaranda "Rəhimə xanım" ziyarətgahında - YENİLƏNİB
Tarix: 21-06-2016 | Saat: 10:32
Bölmə:M / Karusel / Siyasət / İbadət | çapa göndər
Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Prezident həmçinin Nardaran qəsəbəsində sakinlərlə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib.
Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
***
Prezident İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, açılışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib və bildirib ki, əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Açılışda prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verilib.
Açılışda bildirib ki, hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq, hərəkət zolaqlarının sayı isə iki olacaq. Təmir işləri zamanı su, qaz, elektrik və rabitə xətləri köçürülüb.
Sonda dövlət başçısı yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsib və yeni yolda avtomobili idarə edib.
***
“Azərbaycan prezidenti İlham Əliyev bu gün Nardaranda olub”.
APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, dövlət başçısı Nardaran sakinləri, dindarlarla görüşüb: “Dövlət başçısı həmişə əhalinin, o cümlədən dindarların problemlərinə həssaslıqla yanaşıb. Bu səfər də bunun bir nümunəsidir. Biz də dövlət başçısı ilə birlikdə Nardaranda olduq”.
Xəbəri paylaş
1 2948 dəfə oxunub.
Digər xəbərlər

28-08-2016, 09:58
Yataq otağına gizli kamera quraşdıran ər şoka düşdü - VİDEO
30-11-2018, 10:43
Azərbaycanda içərisində ərəb turistlərin də olduğu avtomobil qəzaya düşdü: 7 yaralı var
11-12-2017, 10:45
Dünya ictimaiyyətinin gözü TƏRTƏRDƏ
4-10-2016, 23:40
Analiz Yeni baş nazir kim ola bilərdi?
14-03-2016, 11:12
"Ölüm zənciri" - Əvvəl dostu, indi isə özü terrorun qurbanı oldu
24-05-2017, 09:40
Antistress "oyuncaq”lar stressi götürür, yoxsa əlavə problemlər yaradır?
17-02-2019, 22:13
Saakaşvili: "Azərbaycanlılara nifrət edənlər üçün azərbaycanlıyam"
26-02-2016, 09:35
İlhamə Quliyevanın ölümünə tanınmışların reaksiyası (FOTO)
24-06-2022, 11:23
Gözəllik salonuna gedən qadın yeddi yaşlı qızı ilə birgə YOXA ÇIXDI
18-05-2016, 17:18
Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab