Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İmitasiya naminə danışıqlar aparmayacağıq”
Tarix: 19-06-2016 | Saat: 11:39
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

“İmitasiya naminə danışıqlar aparmayacağıq”
Heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək.

"Xəbəraz.az " xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində səsləndirib. Dövlətimizin başçısı deyib:

“Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi”.

Aprel hadisələrinin Ermənistan rəhbərliyi üçün yaxşı dərs olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu. “Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər” – deyə dövlətimizin başçısı bildirib.



3838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___