Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aytac Babayevanı qətlə yetirəni USTASI polisə təslim edib.
Tarix: 06-05-2015 | Saat: 23:05
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər

Aytac Babayevanı qətlə yetirəni USTASI polisə təslim edib.
Aytac Babayevanı qətlə yetirən İzzət Hüseynov əvvəlcə salonda gizlənməyə cəhd edib. Lakin İzzətin ustası bu hadisədən xəbər tutan kimi onu şəxsən polisə təslim edib.

Xeberaz.az xəbər verir ki, bu barədə İ.Hüseynovun iş yoldaşları məlumat verib:

“İzzət əslində çox sakit insan olub. O bizim yanımızda işləyirdi. Heç bilməzdik ki, belə bir qətl törədə bilər. İzzət qətli törədəndən sonra salona gəlmişdi. Bizə Aytacı öldürdüyünü dedi. Əvvəl inanmadıq, amma əli, üstü qan içində idi. Onun ustası bu qətldən xəbər tutduqdan sonra öz əlləri ilə İzzəti polisə təhvil verdi. Bir az əsəbi idi. Bir neçə dəfə psixoloq yanında olub və müalicə alıb. Amma onun belə bir dəhşətli qətli törədə biləcək qədər qəddar ola biləcəyini bilmirdik”.

Qatilin qonşuları Azvision.az-a bildirib ki, Aytacın ailəsi onun İzzətlə əlaqəsindən xəbərdar olub:

“Ailələrin də bu işdən xəbəri olub. Çünki İzzət bir dəfə qızın atasının önünə çıxıb, Aytacı sevdiyini və onunla evlənəcəyini deyib. Hətta o, Aytac üçün çoxlu hədiyyələr alırdı. 3-4 ay olar ki, onlar ayrılmışdılar. Bu zaman qızın anası oğlanın aldığı bütün hədiyyələri gecə vaxtı İzzətin evinə gətirib qaytarmışdı”.

Xatırladaq ki, Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən qətlə yetirilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib.


Xəbəri paylaş

6988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___