Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ tankları sərhədimizdə
Tarix: 05-05-2015 | Saat: 00:09
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

ABŞ tankları sərhədimizdə
ABŞ təlimlərdə iştirak etmək üçün Gürcüstana 14 PDM göndərib.

Xeberaz.az ANS PRESS-in məlumatına görə,xəbər veri ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib.

Hərbi təlimlərlə əlaqədar ABŞ Gürcüstana ağır hərbi texnika - 14 "Bredli" piyada döyüş maşını, logistikanın və təlimlər üçün nəzərdə tutulmuş təchizatın təminatı üzrə maşınlar göndərib.

Gürcüstan-ABŞ “Noble Partner” təlimləri hərbi aerodromda və Vaziani (Tiflisin yaxınlığında) poliqonunda keçiriləcək. Mayın 11-də başlayacaq təlimlərdə "Alfa" bölüyündən təxminən 600 amerika və gürcü hərbçisinin iştirak edəcəyi gözlənilir.

Həmçinin təlimlərdə Gürcüstanın qoşunlarının birinci piyada briqadasının 12 batalyonu iştirak edəcək.

Gürcüstan Müdafiə Nazirliyi qeyd edib ki, təlimlərin məqsədi NATO-nun gələcək əməliyyatlarında iştiraka hazırlığın artırılmasıdır.

"Təlimlər Gürcüstanda ilk dəfə keçirilir və onların məqsədi Gürcüstan rotasının NATO-nun çevik qüvvələri ilə yaxınlaşmasından ibarətdir", - deyə xəbərdə bildirilir.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___