Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
Tarix: 14-06-2016 | Saat: 23:40
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
14 Iyun 2016-cı il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
"Xəbəraz.az " xəbər verir ki,“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbiri açaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik, iqtisadi inkişaf, milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı qiymətli kəlamlarını xatırladan natiq vurğulamışdır ki, bu gün bizim əldə etdiyimiz uğurlar, nailiyyətlər görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır. Hər birimiz həyatımızdakı inkişafa görə Milli Qurtuluş Gününə borcluyuq. Haqlı olaraq bu gün Azərbaycanın tarixində bayram kimi qeyd olunur . Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur. 1993-cü ilin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində həyatın bütün sahələrini böhran bürümüş və müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır"! Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlayacaqdır...
YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov - Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələrdə inkişafın başlandığını vurğulamışdır. Bildirilmişdir ki, Ümummilli Liderin hakimiyyətə gəlişi ilə ölkədə siyasi, iqtisadi stabillik yaranmış və Azərbaycanın inkişaf dövrü başlanmışdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə,yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.
İran Aşıqlar Birliyinin sədri Aşıq Səlçuq Şahbazi və digər çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyəti barədə öz fikirlərini bölüşdülər.

Xəbəri paylaş

1 2308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___