Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Tarix: 13-06-2016 | Saat: 12:52
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.

"Xəbəraz.az " x'b'r verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb. Məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Dövlət başçısı gəmidə yaradılan şəraitlə tanış olub. Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub
Prezident yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla da tanış olub


Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___