“Hesabat"ın qonağı Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov olub
Tarix: 13-06-2016 | Saat: 12:31
Bölmə:M / Karusel / İqtisadiyyat / Xəbəraz TV / Reportaj | çapa göndər
Dəmir yolunun Gürcüstan hissəsi, demək olar ki, tamamlanmaq üzrədir.
"Gürcüstanda baş verən hakimiyyət dəyişikliyi Bakı-Tiflis-Qars dəmir yolunun 1 il yarım gecikməsinə səbəb oldu”.
"Xəbəraz.az " xəbər verir ki, Bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov ANS TV-nin “Hesabat" verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.
Cavid Qurbanov işlərin çətin iqlim şəraitində - dəniz səviyyəsindən 2300-2500 metr hündürlükdə getdiyini, bütün bunların da dəmir yolu xəttinin tikintisinə təsirinin qaçılmaz olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, dəmir yolunun Gürcüstan hissəsinin, demək olar ki, tamamlanmaq üzrə olduğu, Türkiyə tərəfində isə torpaq işinin 80%-nin yekunlaşdığı, qalan işlərin isə bu ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Texniki işlər isə artıq tamamlanıb.
Daha sonra Şimal-Cənub dəhlizi layihəsinə toxunan Cavid Qurbanov görülən işlərdən danışıb. İşlərin 70%-nin tamamlandığını, yolun 5.5 km-nin artıq çəkildiyini və körüpünün dayaqlarının qoyulduğunu diqqətə çatdıran qonaq tezliklə 8.3 km-də çəkilərək birləşdiriləcəyini önə çəkib.
İpək yolu layihəsinə toxunan qonaq bu layihənin çox böyük coğrafi ərazini əhatə etdiyi diqqətə çatdırıb.
O bildirib ki, bu yol həm Rusiyanın, həm Azərbaycanın həm də Qazaxıstanın üzərindən keçməklə Avropaya çıxışı genişləndirəcək: "Çin, Avropa və bu dövlətlər arsında mübadilə təqribən 100 milyon ton ətrafındadır. Lakin zaman keçdikcə bu rəqəm artacaq. Bununla da nəqliyyat növlərinə tələbat da artacaq. Çoxaldıqca da bu yolun genişlənməsi lazımdır. Bunun da əsaslarından biri ölkəmizdən keçən dəmir yoludur. Bu yol Qazaxıstan və Çin arasındakı Dostluq stansiyasından başlayır, Aktaunu keçir və Bakıdakı Ələt limanına, oradan Gürcüstana, Gürcüstandan Poti və Batumi limanlarına, oradan da Avropaya paylanır”.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

16-01-2017, 00:10
Azərbaycanlı müğənni rus milyarderin nəvəsinin toyunda - FOTOLAR
25-12-2016, 17:49
Kirayə ev axtaran 3 nəfəri girov götürüb işkəncə verdilər
9-08-2015, 22:44
Hər tərəfi dəniz olan həbsxanadan qaçdı
20-02-2016, 20:42
Kondisioner ustası polis maşınını niyə çəkiclədiyini açıqladı
15-01-2016, 13:15
İŞİD 3 gün matəm elan etdi
15-02-2018, 18:19
İlham Əliyev sərəncam verdi
21-11-2017, 11:41
Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir
18-06-2018, 12:33
Hacıqabulda qəza: ata öldü, 6 yaşlı oğlu xəstəxanadadır
10-10-2015, 18:07
Onlar gözə görünməmək üçün nə edirlər? - Fotolar
21-11-2017, 14:49
Elman Rüstəmov manatın məzənnəsi HAQDA: “...Təzyiq azalıb”