Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qondarma “erməni soyqırımı” məsələsi Azərbaycanın problemi deyil” — deputatdan Türkiyəyə qarşı ŞOK AÇIQLAMALAR
Tarix: 08-06-2016 | Saat: 15:55
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

“Qondarma “erməni soyqırımı” məsələsi Azərbaycanın problemi deyil” — deputatdan Türkiyəyə qarşı ŞOK AÇIQLAMALAR
“Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı keçirilən görüşlərdə qondarma “erməni soyqırımı” ilə bağlı Bundestaq tərəfindən qəbul edilən “qətnamə” məsələsini şişirtməyə ehtiyac yox idi”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Araz Əlizadə bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri çox uğurlu keçib:

“Bu səfərin nəticələri çox yaxşı oldu. Prezident İlham Əliyevin Almaniya kansleri Angele Merkellə keçirdiyi birgə mətbuat konfransından da belə qənaətə gəlmək olar ki, Azərbaycan dövləti rəsmi Berlinə öz mövqeyini çatdıra bilib və onlar da Azərbaycanı başa düşüblər”.

A.Əlizadə həmçinin deyib ki, əvvəla, soyqırımı məsələsi Azərbaycanın deyil, Türkiyənin problemidir:

“Bu məsələ Azərbaycanın problemi deyil. Digər tərəfdən isə Almaniya ilk Avropa ölkəsi deyil ki, bununla bağlı qərar qəbul edib. İndiyədək artıq 12 Avropa Birliyinin üzvü olan ölkə qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul edib və bunun sayı arta-arta gedəcək. Bütün bunların qarşısını isə türkiyə yalnız ölkədə demokratik şərait yaratmaqla ala bilər”.

A.Əlizadə qeyd edib ki, hazırda Türkiyədə demokratiya ayaq altına atılıb:

“İndi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər vəchlə çalışır ki, ölkədə diktatora rejimi yaratsın və prezidentlik sisteminə keçirilsin. Ona görə də Ərdoğan bilərəkdən vəziyyəti gərginləşdirir ki, guya Türkiyədə ondan başqa nicat yolu yoxdur. Bilirsiniz, beynəlxalq aləmdə nə “lotu”, nə də “nökər” siyasətini qəbul etmirlər. Bu gün beynəlxalq aləmdə təmkinli və dürüst siyasətçi və ya siyasət qəbul edilir”.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___