Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov Türkiyənin baş jandarmını qəbul etdi
Tarix: 01-05-2015 | Saat: 13:22
Bölmə:M / Karusel / Siyasət / Foto-fakt | çapa göndər

Zakir Həsənov Türkiyənin baş jandarmını qəbul etdi
Ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Jandarma Baş Komandanlığının Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberaz.az Müdafiə Nazirliyinin məluamtına istinadla xəbər verir ki, müdafiə naziri qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan və Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___