Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı" İctimai Birliyi tərəfindən tədbir keçirildi
Tarix: 02-06-2016 | Saat: 00:06
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı" İctimai Birliyi tərəfindən tədbir keçirildi

Azərbaycan Republikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir” Mədəniyyət Ocağı" İctimai Birliyi tərəfindən içra olunan "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində Kəlbəcər rayon orta məktəbləri arasında növbəti tədbiri keçirib.

"Xəbəraz.az " xəbər verir ki, Layihənin rəhbəri Həbib Misirov bildirdi ki, qaçqın və məcburi köçkün uşaqları uzun illərdi vətən həsrəti çəkirlər. Onların ürəyindəki bu vətən həsrəti şagirdlərdə duyğusal, istedadlı bilik və bacarıqlar yaradır ki, zamanla bu bacarıqlar işıq üzünə çıxmalıdır. Müxtəlif rayon və şəhərlərdə məskunlaşan bu uşaqların çox hissəsi qaçqın məktəblərində təhsil alırlar. Onların arasında olduqca istedadlı,bacarıqlı uşaqlar var. Belə şagirdlərin öz qabiliyyət və bacarıqlarını göstərmələri təhsil aldıqları məktəblərdə çox zaman gec üzə çıxarılır. Belə uşaqlar xüsusi istedada malik olurlar. İstedadlı uşaqlar bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. Onlara xüsusi qayğı lazımdır ki, müəyyən olunmuş istiqamətdəki qabiliyyətlərini inkişaf etdirsinlər. Belə xarakterə sahib məktəblilər özlərini yaxşı ifadə edə bilməsələrdə rəsm, musiqi, qiraət,inşa yazmaq,şeir yazmaq, kiçik həcmli hekayələr yazmaq mövzusunda çox bacarıqlı olur sadəcə belə uşaqlar kəşf olunmağı gözləyirlər. Bizim də tək qayəmiz istedadi, bacarığı olan uşaqların, məktəblilərin gizli qalan bacarıqlarını üzə çıxarmaqdir. Bu uşaqların bacarıqlarını işıq üzünə çıxarmaqla onların gələcəyinə qabaqcadan mayak olacayıq. Bununla da heç bir uşaq istedadını yararsız hiss etməyəcək.

Tədbirin təşkilatçısı Türkan Əkbərova tədbir haqqında bildirdi ki, bu layihənin əsas mahiyyəti istedadlı məktəblilərin gizli qalan yaxud üzdə olub kəşf olunmağı gözləyən bacarıqlarını ön plana çəkməkdi. Bu məqsədlə orta məktəblər arasında olan isdedadlı uşaq və yeniyetmələri öz bacarıqalrını göstərmək üçün kiçik konsert təşkil etməklə onları hərkəsə tanıtmaq və özlərinə olan güvənlərini yenidən geri qazandırmaqdır. Bugün bu uşaqlar öz bacarıqlarını sərgiləməklə başqalarında da incəsənət və ədəbiyyata maraq oyadacaq. Hərkəs çalışacaq bu layihələrə qoşulsun və bacarıqlarını nümayiş etdirsin. Beləliklə artıq şagirdlər ixtisas seçimlərində qərarsız qalmayacaqlar və öz bacarıqlarına uyğun sənət seçəcəklər. Bu da bizim gələcəkdə işini bilən və işini sevərək həyata keçirən toplumla birlikdə yaşamağımıza gətirib çıxaracaq.

Filologiya elimləri üzrə fəlsəfə doktoru, Ədəbiyyat qəzetinin şöbə müdri. əməkdar jurnalist Adil Cəmil bu layihənin önəmindən danışaraq bildirdi ki, gələcəyimizi daha yaxşı, əmin etmək üçün məktəblilərin incəsənətə, ədəbiyyata, musiqiyə və.s olan maraqlarının üzə çıxarılmasında onlara yardımcı olmalıyıq və

bunun üzərində müsabiqələr təşkil etməliyik. Bu müsabiqələr vasitəsilə həmin uşaqları seçib hərkəsə tanıtmalıyıq. Belə olan halda həm biz onları qazanırıq həmdə cəmiyyətimiz yeni istedadlar qazanmış olur. İstedadlı uşaqlar və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində olmuş, bu vacib iş sahəsinin mühüm prioritetlərdən biri kimi irəli sürülərək reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.

Əməkdar müəllim Mirsəyyaf Zamanlı da layihənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, İstedadlı uşaqlar orta təhsil çərçivəsində bütün fənlərə dair bilikləri mənimsəməlidirlər. Lakin onların istedadlı olduqları sahədən və konkret təhsil məqsədlərindən asılı olaraq, bu biliklərin həcmi, məzmunu və s. fərqli ola bilər. Təhsilin əsas məqsədlərindən biri (bəlkə də birincisi) istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının inkişaf etdirilməsi və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir.

Tədbirə Kəlbəcər rayon Təhsil şöbəsinin müdri Elmira xanım Şükürova rəsmi qonaq kimi dəvət edilmişdi.

Tədbirdə münsiflər heyyəti kimi ziyalılarımızdan şair Elşən Əzim, İsmayıl İmanzadə, Aşıq Duman və digərləri cıxış edərək tədbirin əhəmiyyəti haqqında dəyərli fikirlərini bildirdilər.

Münsiflər heyyətinin iştirakı ilə uşaq və yeniyetmələr rəsm, rəqs, şer, qiraət, hekaya, inşa, müsiqi və s. sahələrdə öz bacarıqalrını nümayiş etdirdilər. Münsiflər Sonda isdedadlı uşaqalra Azərbaycan Republikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Aşıq Şəmşir” Mədəniyyət Ocağı" İctimai Birliyi tərəfindən hazırlanmış diplomlar təqdim edildi.

Xəbəri paylaş

9288 dəfə oxunub.

Digər xəbərlər
18-04-2017, 13:06 Sağlamlıq üçün-DARÇIN

bütün xəbərlər
____ Instagram ___