Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”
Tarix: 01-06-2016 | Saat: 13:27
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”




İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, professor İsa Alıyevin və Yaşar Məmmədovun birgə müəllifləri olduqları “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı” kitabı oxucular üçün dəyərli ədəbiyyatdır,qeyri neft sektorunun inkişaf etdirilməsi üçün bir yol xəritəsidir.

Buradan bir daha görünür ki,zaman- zaman alimlərimizin yazdıqları kitablar,irəli sürdükləri konsepsiyalar ölkə iqtisadiyyatının müxtəlif sahələrinə tətbiq edilsəymiş neftin dünya bazarında ucuzlaşması fonunda narahatçılıgımız bir o qədərdə əhimiyyət daşımazmış.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”



Müəlliflərə görə ölkədə mövcud olan əmək ehtiyyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadi islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə işlənən müxtəlif proqramlar konsepsiyada əsas götürülür.

Yəni, açıq göstərilir ki, lazım olan nəzəri proqramın əhatəli,məqsədyönlü həyata keçirilməsi nəinki iqtisadiyyatın eləcə də məşgulluq və yoxsulluq kimi ümdə məsələlərin həllini də mümkünləşdirmiş olur.

Monoqrafiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müasir elmi və praktik əsaslar üzrə tətbiqinə yüksək səviyyədə yardım etmək niyyəti ilə işlənib. Azərbaycanda qeyri-neft sənayesinin İnkişaf Proqramını irəli sürən konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsinin məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirilməsi əsas kimi monoqrafiyada öz əksini tapır.

Göründüyü kimi zərurət Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramının hazırlanmasını gündəmə gətirmişdir.

Qlobal rəqabət mühitində inkişaf etməkdə olan qeyri neft sənayesi ənənəvi sahələrlə yanaşı, yeni məsul istehsalı üzərində qurulan müasir tipli sahələrin yaranması ilə də xarakterizə olunmalıdır.

Kitabın əsas qayəsini konsepsiyanın tətbiqində dayanıqlı iqtisadiyyatın təmin edilməsinin diqqət mərkəzində olması, intellektual bazanın formalaşdırılması, informasiya texnologiyalarından daha geniş istifadə edilməsi təşkil edir. Müəlliflərin fikrincə, konsepsiyanın uğurlu tətbiqində praktiki və tətbiqi baxım əsas götürülməlidir. Burada regional idarəetmə və yerli özünüidarə orqanlarının fəaliyyətinə xüsusi önəm verilməli, bu mühüm istiqamətdə vətəndaşlar – hakimiyyət – cəmiyyət arasında dialoqun gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi, həmçinin “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı”ndan istifadə edilməklə, ölkədə qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Kitab dövlət qulluqçuları, əlaqədar nazirliklərin işçiləri, eləcə də elm adamları üçün çox əhəmiyyətlidir.


Xəbəri paylaş

5428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___