Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nadir qafarzadə Cavançir Məmmədova GEY dedi
Tarix: 30-04-2015 | Saat: 20:23
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Nadir qafarzadə Cavançir Məmmədova GEY dedi
Cavanşir 70 min istəyir.

Əməkdar artist Cavanşir Məmmədov müğənni Nadir Qafarzadəni yenidən məhkəməyə verib.

Xeberaz.az xəbər verir ki, lent.az-ın məlumatına görə, C.Məmmədov iddiasında bildirib ki, N.Qafarzadə növbəti dəfə ona “qoca gey” deyib. Məhz buna görə də əməkdar artist Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, bu dəfə həmkarından 10 min yox, 70 min tələb edib:

“Xəzər” telekanalında yayımlanan “5/5” verilişində qonaq olan müğənni Nadir Qafarov mənim şəxsiyyətimə toxunan hörmətsiz ifadələri işlədib. O, həmin verilişdə özünün əxlaqsız hərəkətləri və sözləri ilə məni təhqir etməklə qanunsuz əməl törədib”.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı N.Qafarzadə ilə əlaqə saxlayıb. O, məhkəmə məsələsinə bu cür aydınlıq gətirib:

“Xəzər" telekanalında “5/5” verilişində qonaq olduğum canlı efirdə tamaşaçıdan zəng gəldi. Mənə sual verdilər ki, “Müğənni Cavanşir Məmmədovla məhkəmə prosesinizin nəticəsi nə oldu? Mən də məhkəmə qərarını oxudum. Söylədim ki, “Rövşanə ilə bazar səhəri” verilişində Cavanşir Məmmədov barəsində dediyim sözlərə görə, 10 min manat ödədim. Yəni onun haqqında dediyim sözləri təkrar eləməmişəm. Sadəcə məhkəmənin nəticəsini açıqlamışam”.

Xatırladaq ki, C.Məmmədovla N.Qafarzadə arasında olan qalmaqal 2013-ci il oktyabrın 26-da ANS-in canlı efirində “Rövşanə ilə bazar səhəri” verilişində olmuşdu. N.Qafarzadə həmkarı barədə bu sözləri demişdi:

“Cavanşirə də ayıb olsun. Bu günə kimi onsuz da xalqın gözündə yox idi. Bundan sonra mənim də, xalqın da gözündən düşdü. Cavanşir gedib özündən danışsın, üzünə vurdurduğu botoksa baxsın. 70 yaşındadır, nəvəsi var, utanmır üzünə, saçına nələr edib. Cavanşir qoca geylərə oxşayır”.

Bu sözlərin müqabilində N.Qafarzadə həmkarına 2015-ci ilin fevral ayında 10 min manat ödəyərək, bu sözləri demişdi:

“Nəsimi rayon məhkəməsinin qərarına əsasən Cavanşir Məmmədova 10 min manat ödəyəsi oldum. Amma telekanalların birində, o, mənimlə barışdığını söyləmişdi. Demək bu barışıq şou xatirinə imiş? Onun barəsində dediyim “qoca gey” sözünə görə 10 min ödədim. Heyfsilənmirəm.

Elə bilərəm ki, bir toyu pulsuz oxumuşam. Heç bir problem yoxdur. Amma bundan sonra mən həmin həmkarımla dost ola bilmərəm. Heç barışığımız da mümkün deyil. Eşitdim ki, Cavanşir Məmmədov mənim ödədiyim 10 min manatı kimsəsizlər evinə yardım edəcək. Amma insan bir yaxşılığı edirsə, gərək öz pulu ilə edə ki, savab qazana. O savab isə mənim adıma yazılacaq. Bu 10 mini Cavanşirə halal etmirəm”.



Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___