Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nalbandyan: Rusiyanın Azərbaycana silah satmasını istəməzdik
Tarix: 14-03-2015 | Saat: 20:23
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Nalbandyan: Rusiyanın Azərbaycana silah satmasını istəməzdik
“Xahiş etmək istəmirik”.

Ermənistan Rusiyanın Azərbaycana silah satmasını istəməzdi.

Xeberaz.az-ın Azvision.az-a istinadən məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Sloveniyanın “Dnevnik” qəzetinə müsahibəsində bildirib.

“Biz dost, tərəfdaş ölkələrdən başqalarına qarşı Ermənistan üçün nəsə etməyi xahiş etmək istəmirik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bizim gözləntilərimiz – bir tərəfin digərinə qarşı dəstəklənməsi yox, dünya birliyinin yanaşmasını göstərən ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinin dəstəklənməsidir. Rusiya həmsədr ölkələrdən biridir. Həmsədr ölkələr – Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bu ölkələrin prezidentləri tərəfindən verilən beş bəyanatda göstərilir”, - deyə Nalbandyan vurğulayıb.

“Bizim mövqeyimiz ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri ilə uyğundur. Biz həmsədr ölkələrin səsləndirdiyi beş bəyanatı alqışlayırıq və onlar tərəfindən təklif olunan üç prinsip və beynəlxalq hüququn elementləri əsasında münaqişənin nizamlanmasına hazır olduğumuzu vurğulamışdıq”, – deyə Nalbandyan qeyd edib.



3678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___