Əliyevin sərt bəyanatı türk mediasında - Foto
Tarix: 28-05-2016 | Saat: 21:28
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Türkiyənin "Taymtürk" xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin 28 May Respublika günü münasibəti ilə "Buta" sarayında çıxışına yer verib.
"Xəbəraz.az " xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini bildirib.
Əliyev 28 may 1918-ci ildə elan edilən respublikanın 98-ci ildönümü münasibətilə keçirilən Respublika günü ziyafətindəki çıxışında Azərbaycan xalqını təbrik edib, sülh, əmin-amanlıq və sabitlik arzulayıb.
Azərbaycanın İslam dünyasında ilk demokratik respublika olaraq qurulmasını tarixi hadisə kimi səciyyələndirən Əliyev respublikanın banilərinin xalqın qəlbində daim yaşayacağını vurğulayıb.
Ermənistana sərt mesaj
Azərbaycan-Ermənistan münaqişəsi və Dağlıq Qarabağ məsələsinə toxunan Əliyev problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin lazım olduğuna işarə edərək "Azərbaycan xalqı və dövləti heç vaxt ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək" - deyib.
Ordunun gücləndirilməsi, iqtisadi islahatlar və Cənub Qaz Dəhlizindən danışan Əliyev, "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Öz taleyimizin sahibi, müstəqil ölkə, azad xalqıq. Dünya miqyasında öz yerimiz var və müstəqillik, inkişaf yolu ilə getməyə davam edəcəyik", - deyə bildirib.
8508 dəfə oxunub.
Digər xəbərlər

2-01-2019, 11:55
"Yola saldığımız il mənim üçün çox çətin oldu" - Vüsalə
24-07-2020, 18:24
Ərdoğan Aya Sofyada Quran oxudu - VİDEO
24-06-2015, 11:43
Müdafiə naziri: ŞOK AÇIQLAMA
28-08-2017, 10:43
Ermənilər atəşkəsi 122 dəfə pozub
19-08-2015, 21:01
Ağdaş sakini anasının gözü qarşısında özünü güllələdi
9-10-2021, 10:06
Azərbaycanda tikintidə bədbəxt hadisə - Fəhlənin qolu qopdu
22-03-2020, 14:33
Azərbaycanda fəlaiyyət göstərən jurnalistlərə MÜRACİƏT
2-04-2015, 18:54
Hacı Arif Buzovnalıdan Kəbə haqqında şer
21-11-2015, 19:04
Porno ulduzların yarışması başlayır - video