Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Təzyiqin səbəbi bəllidir”.
Tarix: 30-04-2015 | Saat: 11:51
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

“Təzyiqin səbəbi bəllidir”.

Bizim hədəfdə olmağımızın əsas səbəbi Azərbaycandakı siyasi sabitlik, iqtisadi inkişaf, ölkənin regionda nüfuzunun gündən-günə artmasıdır.

Azərbaycanın bəzən Qərbin iradəsinə zidd layihələrə qoşulması da onları qıcıqlandırır. Ona görə də həmin təşkilatlar çıxış yolunu qarayaxmada görür, Azərbaycanda keçiriləcək ən mötəbər tədbirə kölgə salmaq istəyirlər.

Xeberaz.az rəsmi “Azərbaycan” qəzetinə isinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan xəbərlərə münasibət bildirərkən deyib.

S.Novruzov bildirb ki, ABŞ-da fəaliyyət göstərən “National Endowment for Democracy” təşkilatı heç bir dövləti rəsmən təmsil etməyib, ayrı-ayrı qurumların maraqlarına xidmət edən QHT-lərdən ibarətdir. Onların rəy və qərarlarının heç bir əhəmiyyəti yoxdur.

Deputat hesab edir ki, Avropa Oyunlar öncəsi belə təzyiqlərin, qarayaxmaların olacağı gözləniləndir.

“Vaxtilə Avropa Parlamenti Azərbaycana qarşı ədalətsiz qərar çıxarmışdı. İndi bu hal Türkiyəyə münasibətdə təkrarlandı. Əgər AP tarixi saxtakarlığa uyub yanlış qərar qəbul edirsə, onun ədalətli fəaliyyətinə necə inanasan?”

Deputat xatırlatdı ki, bu günlərdə Avropa Olimpiya Komitəsinin prezidenti bəyanat verərək Azərbaycanın bu oyunlara tam hazır olduğunu, işlərin ən yüksək səviyyədə aparıldığını bildirib:

“Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hansısa fakt yoxdur. İnsan cinayəti törədibsə, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bu, Avropada da, dünyada da belədir. ABŞ-da hətta bəzi cinayət əməlləri var ki, onlar arasında ən ağırı vergidən yayınmaqdır. Orada vergidən yayınmaq vətənə xəyanətə bərabər tutulur və həmin cinayəti törədən şəxslərə “siyasi məhbus” statusunun verilməsi qətiyyən gündəmdə olmur”.

Ona görə də komissiya sədri bu cür təşkilatlara ümumiyyətlə, əhəmiyyət verilməməsini məqsədəuyğun sayır. Çünki Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və ölkəmiz haqqında söylənilən bütün mənfi fikirlər əks-effekt verəcək.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə deyir ki, antiazərbaycançı şəbəkənin bu kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən aparılması xəbərində yeni heç nə yoxdur.

Çünki məhz C.Kerri Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir və Massaçusets ştatından senator olduğu vaxtlarda erməni diasporu ilə sıx fəaliyyətdə olub.

A.Mollazadə istisna etmir ki, dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində C.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib:

“Onun antiazərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu da bu təzyiqin səbəblərinin bəlli olduğunu söyləyir.

Onun fikrincə, Azərbaycanda keçiriləcək I Avropa Oyunları başlayana kimi antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı “oyunları”ı davam edəcək:

“Təzyiqin səbəbi bəllidir. Yəni bir qrup insan, müəyyən dairələr var ki, onları Cənubi Qafqazda Azərbaycanın rolunun güclənməsi qətiyyən qane etmir və bu, bəzi xristian dairələri narahat edir. Onlar müsəlman dövlətinin inkişafını, siyasi rəhbərliyinin yaxşı idarəçiliyini, ölkənin zənginliyini, insanlarının rifahının yüksəlməsini istəmirlər”.

M.Əhmədoğlu hesab edir ki, Avropa Oyunları Qərbin Cənubi Qafqazda bərabərləşdirici siyasətinə öldürücü zərbədir və belə bir siyasət baş tutmayacaq. Politoloq deyir ki, ABŞ eyni sistemi Ermənistana da tətbiq etmək istəyirdi.

Yəni Ermənistanın da dövlət büdcəsi Azərbaycanın hesabına güclənsin. İşğal faktına görə Azərbaycan bunu qətiyyən rədd etmişdi. M.Əhmədoğlunun firkincə, bu plan həmin dövrdə senator olmuş Con Kerrinin çox yaxından iştirakı ilə hazırlanmışdı.

Bu gün isə Kerri dövlət katibidir və istər-istəməz müəyyən məsələlərdə maskalanmalı, arxa plana keçməlidir: “Amma onun köməkçiləri, erməni ətrafı var. Onların dedikləri sözlər elə Kerrinin adından deyilən kimidir.

Onlar Kerrinin göstərişlərini yerinə yetirirlər. Lakin nəzərə almırlar ki, Avropa Oyunlarının baş tutması Azərbaycan miqyaslı hadisə deyil. Bu, Avropa, dünya səviyyəli bir hadisədir. Bu idman tədbiri regionda çox ciddi dönüşün bünövrəsini qoyacaq. Ona görə bu qüvvələr axıra kimi çalışacaqlar ki, Oyunların baş tutmasına qara yaxsınlar. Lakin bütün cəhdləri bumeranq effekti verəcək”.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___