Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şərqin ilk cümhuriyyəti - AXC
Tarix: 28-05-2016 | Saat: 00:54
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər


Şərqin ilk cümhuriyyəti - AXC
Bu gün Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür.

"Xəbəraz.az " xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-i ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin başçılığı ilə öz müstəqilliyini elan etdi. Azərbaycan xalqı məhz güclü dövlətlərin dünyanı öz aralarında bölüşdürməklə bağlı planlar qurduğu bir vaxtda - Birinci Dünya müharibəsinin sonlarında müstəqilliyini bəyan edərək, Şərqdə ilk parlamentli respublikanın əsasını qoydu. İki gün sonra İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara Azərbaycan Cümhuriyyətinin yaranması haqqında radioteleqramlar göndərildi.

Yeni qurulmuş Respublika gərgin siyasi proseslərin içində özünə tərəfdaş qazanmalı idi. Məhz bu səbəbdən 1918-ci il iyunun 4-də Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalandı. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanındı. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürdü.

İyunun 26-da hökumət Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə hökumətin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (Qafqaz İslam Ordusu) Nuru paşanın komandanlığı altında Bakı Kommunasının bolşevik qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edildilər.

1918-ci il iyulun 2-si Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla Azərbaycan polis orqanlarının əsası qoyuldu.

Azərbaycan müstəqilliyini xarici qüvvələr, o cümlədən ermənilər də istəmirdilər. Onlar hər vəchlə AXC-nin müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına mane olmağa çalışırdılar.

İyulun 10-da Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik Bakı Sovetinin qoşunlarını məğlub etdilər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlandı. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçirdilər. Daha sonra Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu daşnak-bolşevik Bakı Kommunası qoşunlarına zərbə endirərək Şamaxı şəhərini azad etdilər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı. Sentyabrın 6-da Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşdü. Milli Şuranın sədri M.Rəsulzadə, Müsavat fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Məhməd Vəhdətdin tərəfindən qəbul edildi. Bu, Cümhuriyyətin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Cümhuriyyətə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu idi. Bu görüşdən sonra Bakının azad olunması üçün həlledici hücum barədə qərar verildi

1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun və Nuru paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etdi.

Azərbaycanla Gürcüstan arasında 1919-cu il iyunun 16-da hərbi müttəfiqlik paktı imzalandı. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi. Belə bir məqamda isə Rusiya Bakıya daxil olma fürsətini əldən vermədi. Ölkədə qan tökülməsinin qarşısını almaqdan ötrü parlament 1920-ci il aprelin 27-də hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar çıxardı.

Beləliklə aprelin 28-də AXC-nin süqutu və Azərbaycanda sovet hakimiyyətinin qurulması elan edildi. Tezliklə AXC üzvləri təqib edildi, öldürüldü və ölkədən didərgin salındı.

Bütün siyasi proseslərə rəğmən, tarixi ədalət bərpa olundu və Rəsulzadənin dediyi “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı 71 il sonra öz təsdiqini tapdı. 1991-ci ildə müstəqil Azərbaycanın üçrəngli bayrağı başını qaldırıb dünyaya baxdı.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___