Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Dədə Şəmşir adına Beynəlxalq Aşıq Festivalı keçirildi
Tarix: 27-05-2016 | Saat: 17:04
Bölmə:M / Karusel / Gündəm / Ekskluziv | çapa göndər

İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini Həbib Misirovun "Xəbəraz.az "-a verdiyi məlumata görə Mayın 24-də İran Aşıqlar Birliyinin sədri Dədə Şəmşirə müraciətlə “Haqqın tərəfindən Haqq payımızdı” deyən aşıq Səlcuq Şahbazinin təşəbbüsü və təşkilatçılığı ilə Tehranda Dədə Şəmşir adına Beynəlxalq festival öz işinə başladı. Həmin günün axşamı Azərbaycan Respublikasından, Türkiyə cümhuriyyətindən və İranın bütün bölgələrindən – Təbriz, Həmədan, Urmiyə, Miyana, Parsabad, Tehran, Mərənd, Miyandab, Nəştrud, Səhandava, Qum, Savə, Kərəc, Əhşgerd, Qəyəbaşı, Eyl Zərgərdən bu tədbirə qatılan saz-söz sənətkarlarının möhtəşəm konsert proqramında ulu ustad Dədə Şəmşirin şeirləri səsləndi. Tehranın Baharan Mədəniyyət Sarayında təşkil olunmuş, dörd saat davam edən sazlı-sözlü gecədə aşıq sənətinin dədəlik mərtəbəsinə ucalan sonuncu nümayəndəsi, qüdrətli saz və söz sənətkarı Dədə Şəmşir xatırlandı, yaratdığı sözlər, havalar, havacatlar aşıqlar tərəfindən peşəkarlıqla ifa olundu. İran Aaşıqlar Birliyinin Təbriz şöbəsinin sədri M.İ.Alışığın məharətlə aparıcılıq etdiyi gecədə folklorşünas və tarixçi alimlər, şairlər, millət vəkilləri də çıxış edərək Dədə Şəmşirin aşıq sənətindəki məxsusi yerindən danışdılar. Azərbaycan Respublikasından bu tədbirə dəvət almış şair, folklorşünas alim, Dədə Şəmşirin yurddası, əslən Kəlbəcərli Dr.Adil Cəmil öz çıxışında aşıq sənətinin hüdudsuzluğundan, türk xalqlarının ruhi-mənəvi birliyində saz-söz vəhdətinin tarixi əhəmiyyətindən və bu kontekstdə Aşıq Şəmşir yaradıcılığının böyük əhəmiyyətindən danışıb ustada həsr etdiyi şerini oxudu, tədbirin düzənlənməsində ciddi əməyi olan İran Aşıqlar Birliyinin sədri Aşıq Səlsuc Şahbaziyə dərin ehtiram və təşəkkürünü bildirdi. Tədbir boyunçıxış edən 21 qrup aşıq yalnız Dədə Şəmşirdən söz açdı və şeirlərini ifa etdilər.Möhtəşəm bir saz-söz bayramına bənzəyən festivalın özəllikləıri çox oldu”. Aşıq Şəhbazi onu da xüsusi olaraq diqqətə çatdırdı ki, aşıq ədəbiyyatının keşiyində dayanan 6 saz-söz sənətkarına, ustad aşıqlarımız festivalda “Dədə Şəmşir” diplomu ilə təltif ediliub: “Təbrizdən Aşıq Hüseyn Sai ilə Reza Əfşar, Həmədandan Aşıq Nosrətolla Zərgər, Tikmədaşdan Dr. Hüseyn Siyami, Miyandabaddan Aşıq Hidayət Mehri, Qaradağdan Aşıq Fətulla Rizayi ”Fətağa” və festivalın aparıcısı, birliyin Təbriz şöbəsinin sədri Məhəmməd İbadi “Alişiq” ustadın adına layiq diploma layiq görüldülər”.
İran ziyalılarından Milli Məclisin nümayəndəsi Dr. Cahanbəş Mohobbinyanın, cənab Beytolla Cəfəri, Dr.Mirnəvi Əzizzadənin, şair Məhəndis Beytulla Cəvərinin Dədə Şəmşirlə, ümumən aşıq sənəti ilə bağlı məzmunlu çıxışları ürəkdən alqışlandı. Azərbaycan Respublikasını təmsil edən saz sənətkarlarından Aşıq Ədalət Dəlidağlının, Aşıq Sərdarın, Aşıq Mehdinin, Aşıq Şöhrətin, Aşıq Rasimin, Aşıq Kərəmin çıxışları, həmçinin İran ərazisində yaşayıb fəaliyyət göstərən aşıqların özünəməxsus ifaları festivalın tarixində silinməyən izlər qoydu.
Bu tədbirdə Təbrizdən Aşıq Hüseyn Sai, Rza Əfşar, Həmədandan Aşıq Nüsrətulla Zərgər, Tikmədaşdan Dr. Hüseyn Siyami, Miyandabdan Aşıq Hidayət Mehri, Qaradağdan Aşıq Fətulla «Dədə Şəmşir» diplomu ilə təltif olundu. «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov çıxış edərək Birliyin sədri Qənbər Şəmşiroğlunun və ümumən Mədəniyyət ocağı idarə heyətinin adından bu tədbiri təşkil edən Aşıq Səlcuq Şahbaziyə, həmçinin, bütün iştirakçılara, əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.
Mayın 25-də festival İAB-ın «Həmədan və Eyl Zərgər» şöbəsində öz işini davam etdirdi. Şöbənin sədri Aşıq Nüsrətulla Zərgər Dədə Şəmşir festivalına Azərbaycan Respublikasından dəvət olunmuş heyətin qədəmlərinə qurban kəsdi.
A.Savalan

İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi
İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi
İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi
İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi
İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi
İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi
İran İslam Respublikasının paytaxtı  Tehran şəhərində  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi


Xəbəri paylaş

1 3558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___