Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib
Tarix: 26-05-2016 | Saat: 20:26
Bölmə:M / Karusel / Qarabağdan xəbər var | çapa göndər

“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib

Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirib.

QAT sədri Akif Nağı konfransın sayca 15-ci olduğunu deyərək hər il Respublika Günü ərəfəsində belə tədbirin keçirildiyini xatırladıb. O bildirib ki, tədbirin keçirilməsində məqsəd münaqişənin həlli yollarını axtarmaq və bu fikirləri kitab halında ictimaiyyətə təqdim etməkdir: "Biz hər zaman bəyan etmişik ki, münaqişənin həlli yalnız hərbi yolla mümkündür. Azərbaycan ordusu sonuncu dəfə cəbhədəki hadisələrdə öz sözünü dedi. Biz də öz işimizi görərək, informasiya müharibəsi aparmalıyıq, təklif və tövsiyələrimizi verməliyik".

Millət vəkili, politoloq Elman Nəsirov bəyan edib ki, aprelin əvvəlində cəbhə xəttində baş verən döyüşlər Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ açıb. Onun sözlərinə görə, həmsədrlər və Ermənistan tərəfi bu hadisələrdən sonra artıq münaqişənin dondurulmuş olduğu barədə fikirlərdən daşınıblar və anlayıblar ki, istənilən vaxt müharibə başlaya bilər: "Eyni zamanda, Qarabağdakı qondarma rejimi də bu döyüşlər ifşa etdi. Ermənistan Müdafiə Nazirliyinin saytında məhv edilən ermənilərin adları var. Onların doğum yerlərinə baxanda görmək olur ki, bir nəfər də olsun Qarabağda doğulan əsgər yoxdur və onlar Ermənistandan gətirilib. Deməli, Qarabağdakı qoşunlar qeyri-qanuni silahlı birləşmələrdi".

E. Nəsirov Azərbaycan və Ermənistan prezidentlərinin iyunda keçiriləcək görüşünə də münasibət bildirərək, bundan ciddi nəticələr gözlədiyini söyləyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, iyunda yekun razılaşmalar üçün ciddi addımlar atıla bilər və artıq bütün komponentlər hazırdır. Hesab edirəm ki, burada 7 rayonun azad edilməsi məsələsi də var".
“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib
“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___