Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini-Həbib MİSİROV
Tarix: 26-05-2016 | Saat: 19:48
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini-Həbib MİSİROV
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın 28 May – Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” növbəti qanun layihəsini parlamentə təqdim etməsi və bu humanist təşəbbüsün böyük səs çoxluğu ilə qəbul olunması 28 May gününü minlərlə ailənin ikiqat bayramına çevirdi.

Hər il 28 Mayda təkcə Azərbaycanın azadlığı deyil, həm də bir çox ailələrin azadlığı günü kimi yaddaşlara yazılacaq. Bu insanpərvər və mütərəqqi təşəbbüs əhalinin müxtəlif təbəqələrini təmsil edən 10 minə yaxın məhkuma və onların ailələrinə sevinc və 3500 nəfərə yaxın məhkuma isə dünyanın ən böyük neməti olan azadlğı bəxş edəcək.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiya aktının tərbiyəvi əhəmiyyətinə inanaraq atdığı bu addım cəmiyyətin bütün üzvləri tərəfindən böyük minnətdarlıqla qarşılandı. UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əzmkar təşəbbüsü onun təkcə vətəndaşlarımıza deyil, dünya insanına göstərdiyi qayğının tərkib hissəsi, dünyanın bir çox ölkələrində məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən humanitar aksiyalarının davamıdır.

İnsanlara qayğını, xeyriyyəçiliyi özünə ən şərəfli yol seçən ölkəmizin birinci xanımı əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Onun təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir.
Elə aministiya aktının şamil olunduğu məhkumlar arasında da qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslərin üstünlük təşkil etməsi də bu təşəbbüsün böyük dəyər daşıdığının göstəricisidir.

Bir neçə gündən sonra – 28 May günündə gerçəkləşdiriləcək aministiya aktı bu əziz günü 3500 ailə üçün daha əziz və müqəddəs günə çevirəcəkdir.
Azadlığımız mübarək!



8008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___