Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Milliön”ə qənim kəsilən cinayətkarları yaxalandı
Tarix: 28-04-2015 | Saat: 13:16
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

“Milliön”ə qənim kəsilən cinayətkarları yaxalandı
İdarə məlumat yaydı.

Bakıda silsilə oğurluq törətməkdə təqsirləndirilən 3 nəfər tutulub.

Xeberaz.az
xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Oxu.Az-aa verilən məlumata görə, BŞBPİ Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 7-də Lökbatan qəsəbə sakini Araz Məmmədova məxsus qəsəbədə yerləşən mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatı, kassadan 300 manat, aprelin 23-də Lökbatan qəsəbəsi 28 May küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalının qapısını sındırmaqla 625 manat oğurluq etməkdə şübhəli bilinən Qızıldaş qəsəbə sakinləri - 1992-ci il təvəllüdlü İlkin Qabil oğlu Mustafayev, Qurban Yalçın oğlu Şəbiyev və 1989-cu il təvəllüdlü Aqil İbadət oğlu Qasımov tutulub.

Əlavə olaraq onlar aprelin 16-na keçən gecə, Şanqar qəsəbə sakini Susanna Şərifovaya məxsus, həmin qəsəbədə yerləşən mağazadan, qapının asma qıfılını sındırmaqla içərisində 586 manat olan E-manat aparatını, aprelin 19-na keçən gecə Qobustan qəsəbə sakini Füzuli Sadıqova məxsus, həmin qəsəbədə yerləşən mağazadan, qapının qıfılını sındırmaqla tütün məmulatları, içkilər və 2 ədəd “Milli ön” aparatını sındırmaqla şübhəli bilinirlər.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar aprelin 2-də Elxan Bayramova, martın 26-da İsmayıl Ağayevə məxsus mağazalardan oxşar oğurluqlar ediblər.

İ.Mustafayev və Q.Şəbiyev martın 9-da Bakı şəhər sakini İlqar Salmanova məxsus Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən mağazadan, qapını sındırmaqla tütün məmulatları və danışıq kartları, Q.Şəbiyev Asif Alışanova, Əli Müzəffərova və Mənsur Şahməmmədova məxsus mağazalardan oğurluq edib.


Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___