Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Qurbanlı Təbrizə gedir
Tarix: 20-05-2016 | Saat: 14:10
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Mübariz Qurbanlı Təbrizə gedir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti mayın 22-də İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Komitədən Axar.az-a verilən məlumata görə, nümayəndə heyəti Təbrizdə “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçiriləcək “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasiminə qatılacaq.

Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Mübariz Qurbanlının İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı İsmayıl Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin, Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___