Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DSX-dan irimiqyaslı hərbi təlim - Foto
Tarix: 20-05-2016 | Saat: 13:54
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

DSX-dan irimiqyaslı hərbi təlim - Foto
2016-cı ilin döyuş hazırlığı proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 17-19 mayda Ağgöl səhra təlim mərkəzində Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq hücuma kecmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilib.

DSX-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təlimlərin əsas məqsədi Silahli Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi olub.

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Üç mərhələdə keçirilən təlimlər zamanı DSX-nin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilib və dövlət sərhədi bərpa edilib.

Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşutlarla desantın atılması təmin edilib. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlə onların irəliləməsinin qarşısı alınıb. Düşmən qruplarına havadan dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Düşmən hücumunun qarşısını alan qüvvələrimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaradıb. Daha sonra zirehli texnikalar üzərində hücuma keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv edib. Döyüşə yeridilən 2-ci eşalon qüvvələri düşmənin ehtiyatlarını məhv edərək dövlət sərhədini bərpa ediblər.

Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxmış avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də uğurla həyata keçirilib.

Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub.

Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib.

DSX-nin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşiya qoyulan döyüş tapşırıqıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

Xidmətin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik edib, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, sərhədçilərin Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

DSX-dan irimiqyaslı hərbi təlim - Foto
DSX-dan irimiqyaslı hərbi təlim - Foto
DSX-dan irimiqyaslı hərbi təlim - Foto
DSX-dan irimiqyaslı hərbi təlim - Foto
DSX-dan irimiqyaslı hərbi təlim - Foto
DSX-dan irimiqyaslı hərbi təlim - Foto


Xəbəri paylaş

8138 dəfə oxunub.

Digər xəbərlər
20-05-2018, 10:02 Cəbhədən SON XƏBƏR
18-01-2018, 16:54 Bakıda banka basqın olub

bütün xəbərlər
____ Instagram ___