Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qənirə Paşayeva nobelçi ilə görüşdü
Tarix: 19-05-2016 | Saat: 14:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Qənirə Paşayeva nobelçi ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Yəmən əsilli Nobel Sülh mükafatçısı, jurnalist, siyasətçi, insan haqları üzrə müdafiəçi Təvəkkül Karmanla görüşüb.

"Xəbəraz.az "xəbər verir ki, millət vəkili Q.Paşayeva görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu, öz evinə dönə bilməyən köçkün qadınlarımızdan danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmini vurğulayıb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, yüzminlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu xanımlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Millət vəkili Qənirə Paşayeva Karmana Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib.

Qənirə Paşayeva Karmanı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.


Xəbəri paylaş

7408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___