Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metyu Brayza: “Putin Qarabağda amansız münaqişəyə təhrik edir”
Tarix: 19-05-2016 | Saat: 09:44
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Metyu Brayza: “Putin Qarabağda amansız münaqişəyə təhrik edir”

“Rusiyanın Qarabağ münaqişəsi üzrə Vaşinqton və Parislə əməkdaşlıq etməyi arzuladığına inanmıram”.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Vyana görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskva və Qərb arasında əməkdaşlıq və qarşılıqlı anlaşma görmür: “Əksinə, bu gün Putin elə təəssürat yaradır ki, vəziyyəti yalnız o diktə edir. “Dördgünlük” müharibədən sonra Moskva Vaşinqton və Parissiz olmadan hərəkət etdi. Baş nazir Dmitri Medvedyevi, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovu Bakı və İrəvana yönəltdi”.

M. Brayza əlavə edib ki, əgər Moskva Qarabağ məsələsində həqiqətən Paris və Vaşinqtonla əməkdaşlıq etmək istəyirsə, bu böyük inkişafdır.

“Lakin mən buna inanmıram. Niyə o öz siyasətini dəyişdirməli və Minsk qrupu həmsədrləri ilə Qarabağ münaqişəsi üzrə birgə işləməlidir? Bunun səbəbləri nədir? Əgər Moskva bu vəziyyəti öz geosiyasi maraqlarına yönəldibsə, onda amansız münaqişəyə təhrik edir. Mən sadəcə ümid edirəm ki, Rusiya siyasətini dəyişdirib və əməkdaşlığa başlayır. Lakin bunu proqnozlaşdıra bilmirəm”, - deyə o bildirib.


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___