Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATƏT nümayəndələri cəbhə xəttinə yollanır
Tarix: 18-05-2016 | Saat: 10:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

ATƏT nümayəndələri cəbhə xəttinə yollanır
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Azərbaycan Respublikası Ağdam rayonunun Baş Qərvənd kəndinin şimalından keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və YSPQ-in nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___