Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya və Türkiyə nazirləri arasında gərgin dialoq
Tarix: 17-05-2016 | Saat: 22:48
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rusiya və Türkiyə nazirləri arasında gərgin dialoq
Vyanada Rusiya və ABŞ-ın həmsədr olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşündə Türkiyə və Rusiya xarici işlər nazirləri arasında gərginlik yaşanıb.

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla dialoqu iştirakçılar arasında marağa səbəb olub. Belə ki, 5 saat yarım davam edən toplantıda Çavuşoğlu Lavrova etiraz edərək ona şərt qoyub.

Çavuşoğlu və Lavrov arasındakı dialoq yüksək səlahiyyətli şəxslərin olduğu digər salonda quraşdırılmış böyük ekranlarda da canlı izlənilib. Çavuşoğlu Türkiyənin İŞİD terrorçu qruplaşmasına göz yumduğu iddialarına görə Lavrova sərt təpki verib.

“Siz ciddi diplomatsınız və aramızda olan təcrübəlilərdənsiniz. Belə qeyri-ciddi iddialara etimad etməməlisiniz. Cənab prezidentimiz konkret bəyan etdi və mən də təkrar edirəm: Türkiyənin İŞİD-ə kömək etdiyinə dair bir dənə də olsun dəliliniz varsa, istefa etməyə hazıram. Ancaq iddialarınızı isbat edə bilməsəniz bundan sonrakı həyatınızı Antalyada keçirməyə dəvət edirəm”, - Çavuşoğlu deyib.

"Anadolu" agentliyi bildirir ki, türk nazirin bu ifadələrindən sonra Lavrov başı ilə deyilənləri təsdiqləyib.

Vyanada Rusiya və ABŞ-ın həmsədri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşünə 20 ölkə və 4 beynəlxalq təşkilatdan 24 nümayəndə qatılıb.

Görüşdən sonra ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura mətbuata birgə açıqlama veriblər.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyəni İŞİD-ə köməkdə ittiham etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinə cavabında bəyan etmişdi ki, əgər Putin iddialarını isbatlasa istefa verəcək. Yox, isbat edə bilməsə, özü vəzifəsindən istefa verəcək.

Rusiya tərəfi hələlik ortaya heç bir dəlil qoymayıb.


Xəbəri paylaş

7728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___