Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qeyri-neft sektorunun inkişafı üçün həm idxalın, həm ixracın qarşısını açmalıyıq"
Tarix: 08-05-2016 | Saat: 23:11
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

"Qeyri-neft sektorunun inkişafı üçün həm idxalın, həm ixracın qarşısını açmalıyıq"
"Ucdantutma bütün idxal məhsullarına 18 faiz ƏDV-nin tətbiqi qeyri-neft sektorunun inkişafına maneçilik yaradacaq"
“Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi düzgün deyil”.

Moderator.az saytı xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri, deputat Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, idxal olunan elə məhsullar var ki, onlara daha artıq 20 və ya 30 faiz ƏDV tətbiq etmək olar:

“Cənab prezident tərəfindən imzalanan sərəncamlar və bu istiqamətdə aparılan islahatlar çox təqdirəlayiqdir. Məndən qabaq Vahid müəllim deyəcəyim bəzi məqamlara toxundu, mən də onun fikirləriylə razıyam ki, ƏDV - nin 18 faiz olması düzgün deyil. Bu məsələyə yenidən baxmaq lazımdır. Eləsi var ki, Vahid müəllim dediyi kimi, 25 faiz də ola bilər, 30 faiz də. Amma ucdantutma bütün idxal məhsullarına 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradacaq. Yağla şora eyni qiymət qoymaq doğru deyil. Bunların ayrı-ayrı qiymətləri var. Ölkədə qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün biz həm idxalın, həm ixracın qarşısını açmalıyıq. İdxalın qarşısını açmaq üçün də bəzi mallar var. Həmin idxal olunan məhsullar da qeyri-neft sektorunun inkişafında istifadə edilən avadanlıqlardır. Məsələn, dəmir yoluna aldığımız avadanlıqlara çox böyük gömrük rüsumu tətbiq edilir. Hansı ki, həmin avadanlıqların heç biri Azərbaycanda istehsal olunmur. Ona görə də biz bilmirik bu avadanlıqların hansı formada ödəməsi ilə məşğul olaq. Yəni bilmirik ki, həmin avadanlıqları almaq üçün pulu hardan tapaq, yaxud həmin ağır vergiləri hansı mənbələrdən ödəyək. Bunlar çox problemli məsələlərdir. Biz vətəndaşlarımıza yük düşməsin deyə biletlərin qiymətlərini stabil saxlamışıq. Yəni biz bunun sosial gərginliyə səbəb olmaması üçün xərclər artsa da qiymətləri olduğu kimi saxlamışıq. Amma aldığımız avadanlıqların, vaqonların, elektrovozların Azərbaycanda istehsal olunmadığı halda onun ölkəyə gətirilməsi zamanı 36 faiz və əlavə olaraq 18 faiz verginin tətbiqi konkret olaraq dəmiryolunu aparıb bonkrota çıxara bilər. Ona görə də məncə Nazirlər Kabinetinə müraciət edilməlidir ki, bu qurum hansısa bir müdddətə idxal olunan bu tip məhsulları həmin vergilərdən azad edə bilsin. Bu qaydalar dünyanın hər yerində tətbiq olunur, bizdə də tətbiq olunması vacibdir".


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___