Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daxili bazarda dərman preparatlarının qiyməti enə bilər – RƏY
Tarix: 24-04-2015 | Saat: 12:44
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Daxili bazarda dərman preparatlarının qiyməti enə bilər – RƏY
“Nazirlər Kabinetinin qərarı fonunda”.

Azərbaycanın dərman bazarında qiymətlər qonşu ölkələrlə müqayisədə (Gürcüstan, İran, Türkiyə) 2 dəfə yüksəkdir.

Yeni qərar imkan verəcək ki, dərman preparatlarının xərcinə uyğun olaraq maksimum qiymətlər müəyyən etmək mümkün olsun.

Oxu.Az-a bu sözləri iqtisadçı-alim Vüqar Bayramov “Nazirlər Kabinetinin dərman preparatlarının qiyməti ilə bağlı yeni qərarı bazara necə təsir göstərəcək?” sualını şərh edərkən bildirib.

Vüqar Bayramovun sözlərinə görə, bazarda süni qiymət artımının qarşısının alınması yollarından biri də idxalda rəqabətliliyi artırmaqdan ibarətdir:

“Qiymətin artmasının qarşısının alınması idxalın gücləndirilməsi hesabına baş verməlidir. Dərman idxalında rəqabətin gücləndirilməsinə nail ola biləcəyiksə, o zaman bu avtomatik olaraq daxili bazarda qiymətlərin aşağı enməsinə gətirib çıxaracaq” - deyə, iqtisadçı-alim deyib.

“Yerli istehsalın artırılması da olduqca vacibdir” - deyə, Vüqar Bayramov bildirib.

Ekspert bildirir ki, yeni qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dərman preparatlarının qiyməti ilə bağlı dediyi sözlərin məntiqi davamı kimi də qəbul etmək olar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dərmanların qiymətləri ilə bağlı da çıxış etmişdi.

“Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin”, - deyə, Prezident qeyd etmişdi.

Qeyd edək ki, Azərbaycanın Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Beləliklə, bundan sonra ölkədə dərman vasitələrinin ekspertiza xidmətləri, dövlətin qeydiyyata aldığı dərman vasitələrinin qiymətlərini Tarif Şurası müəyyənləşdirə biləcək.



5108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___