Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyənin Silahlı Qüvvələri 1915-ci il hadisələri öncəsi arxivlərini açıb.
Tarix: 23-04-2015 | Saat: 19:35
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

Türkiyənin Silahlı Qüvvələri 1915-ci il hadisələri öncəsi arxivlərini açıb.
“Ermənilərin bəziləri ordumuzun əməliyyatlarını çətinləşdirirdi”.

Xeberaz.az Türkiyənin Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsinin (ATASE) arxiv sənədləri 1915-ci il hadisələrinin bu günə qədər məlum olmayan tərəflərinə işıq salır.
Arxivdə 1915-ci il hadisələri ilə bağlı çoxlu sayda sənədlər saxlanılır.

Ermənilərin köçürülməsi ilə bağlı Nazirlər Şurasının 31 may 1915-ci il tarixli qərarı aydın əks olunub.

“Hərbi zonalara yaxın yaşayan ermənilərin bəziləri Osmanlı dövlətinin düşmən ölkələrlə sərhədinin müdafiəsi üçün ordumuzun apardığı hərbi əməliyyatlarını çətinləşdirirdi. Onlar ərzağın və hərbi texnikanın daşınmasına çətinliklər yaradır, düşmənlə əməkdaşlıq edir, düşmən sıralarına qoşulurdular, ölkə ərazisində yerli hərbçilərə və silahsız əhaliyə qarşı silahlı hücumlar təşkil edirdilər”, - sənədlərdə qeyd olunub.

1.Şəkillərdə yazılıb ki, erməni Adapazar komitəsinin üsyançı nümayəndələrindən olan şəxsin üzərində axtarış zamanı çoxlu sayda əl qumbaraları aşkar olunub.

2-4. Sənədlərdə yerli ermənilər tərəfindən qətlə yetirilmiş Mirkexo kəndinin sakinlərinin adları və foroşəkilləri əks olunub. Həmin ermənilər rus silahlı qüvvələrinə qoşularaq görünməmiş qanlı hadisələr törədirdilər.

5. Sənədlərdə yerli ermənilər tərəfindən qətlə yetirilmiş Mirkexo və Astoci kəndlərinin sakinlərinin adları və foroşəkilləri əks olunub. Həmin ermənilər rus silahlı qüvvələrinə qoşularaq görünməmiş qanlı hadisələr törədirdilər.

6. Sənədlərdə Nazirlər Şurasının ermənilərin köçürülməsi barədə qəbul və elan etdiyi qərar göstərilib.

7. Sənədlərdə müharibəyə görə digər yerlərə köçürülmüş ermənilərin qidalanması və yaşayış xərcləri kimi məsələlər üzrə normativ aktlar da əks olunub.

8. Sənədlərdə müharibəyə görə digər yerlərə köçürülmüş ermənilərin daşınmaz əmlakı və torpaq sahələri kimi məsələlər üzrə normativ aktlar da əks olunub.

9. Sənədlərdə müvafiq yerlərə göndərilmiş ermənilərlə pis rəftar etmiş şəxslərin tribunala verilməsi haqqında qərarlar da var.


Xəbəri paylaş

4958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___