Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İkinci Qarabağ müharibəsi başladı
Tarix: 03-05-2016 | Saat: 08:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İkinci Qarabağ müharibəsi başladı

“Aprelin 1-dən 2-nə keçən gecə”. Bu kəlmə Azərbaycan xalqının tarixində, şüurunda, psixologiyasında dönüş nöqtəsi oldu. Məhz bu söz bizim toplumun təfəkküründə inqilaba səbəb olacaq. İllərdir “fevralın 25-dən 26-na keçən gecə” və ya “yanvarın 19-dan 20-nə keçən gecə” sözlərini öz faciəmiz, böyük məğlubiyyətimiz kimi xatırladıq. Ancaq Lələtəpə zəfəri və digər yüksəkliklərin azad edilməsi millətin psixologiyasındakı bu məğlubiyyət sindromunu qırdı. Bir anda bütün Azərbaycan vahid bir səngərdə birləşdi, yüz minlərlə insan silah istədi.

Ötən il qonaq olduğum bir televiziya proqramında da demişdim: təəssüf ki, məhz bu məğlub xalq sindromuna görə 92-96-cı illərdə Azərbaycanda doğulan insanlar arasında möhtəşəm beyinlər yetişməyəcək. Çünki onlar erməni vəhşiliyini həm ana bətnində, həm də televiziyalarda görərək böyüyüblər. Amma hər şey bir anda - istər siyasi, istərsə də psixoloji cəbhədə - Azərbaycanın lehinə döndü. Cəmi bir gecədə 92-93-cü illərin eyforiyasında olan Ermənistan ordusunun özü haqda yaratdığı mif alt-üst oldu. İş o yerə çatdı ki, onlar yaşlı kişiləri və qadınları cəbhəyə yığmağa başladılar.

Ümumiyyətlə, Kim Kardaşyanla öyünən bir xalqın gənc qızları qabağa verməsi gözlənilən idi. Ermənilər tarix boyu belə olublar. Onlar hər cəbhədə qadınlardan istifadə ediblər... və çox yaxşı bilirlər ki, Azərbaycan əsgəri arvad-uşağa güllə atmaz.

Qarabağ müharibəsi iştirakçısı olan atam da, başqa döyüşçülər də həmişə deyirdi ki, Ermənistan heç vaxt əsil Azərbaycan ordusu ilə döyüşməyib. Onlar birbaşa silahsız camaatla müharibə aparıblar. Elə son günlərdə də ermənilər ancaq mülki əhalini, mal-qaranı, toyuq-cücəni vururlar. Doğrusu, toyuq-cücə ovlayan bir ordunun “Böyük Ermənistan” xəyalları necə də absurd və gülünc görünür.

Azərbaycan ordusu ermənilərin “alınmaz qala” dedikləri yüksəklikləri bir neçə saat ərzində darmadağın etdi. Amma Ermənistan rəhbərliyi hələ də anlamır ki, müharibə şou deyil. Corc Kluni, Kim Kardaşyan kimi marionetlərlə şou düzəltməklə heç bir nəticə əldə etmək olmaz.

Erməni təfəkkürü o qədər vəhşiliyə hesablanıb ki, sənətdən də, sənət adamlarından da müharibədə istifadə edir. Onlar sənətin xalqları birləşdirməsi prinsipindən istifadə etmək əvəzinə, sənət vasitəsilə də xalqlar arasında düşmənçilik yaradırlar.

Biz istənilən halda problemin bir güllə səsi belə eşidilmədən, nəinki bir insan, hətta bir budaq belə qırılmadan həll olunmasını istəyirik. Ancaq bizim istəyimizlə Misir piramidaları Xəzər dənizində peyda olmur. Orada – erməni səngərində bizi diri-diri yandırmağa hazır olan pedofil, qoca vəhşilər dayanıb. Onlar bunu həm 1918-ci ildə, həm də Xocalıda və digər rayonların işğalında göstəriblər.

Hazırda atəşkəsdir. Tarix boyu münaqişə ocaqlarında bu cür atəşkəslər olur. Elə Birinci Qarabağ müharibəsi ərzində də dəfələrlə atəşkəs razılaşması olub, ancaq tezliklə pozulub... Aprelin 5-də də atəşkəs razılaşdırıldı. Ancaq tətik sıxılıb, güllə hədəfə doğru irəliləyir.

Əlavə şərhə ehtiyac yoxdur, İkinci Qarabağ müharibəsi başlayıb.


Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___