Prezident İlham Əliyev: "Təmas xəttində üstünlük Azərbaycanın tərəfindədir"
Tarix: 02-05-2016 | Saat: 00:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır”.
APA-nın məlumatına görə, bu barədə bu gün cəbhəyanı rayonlara səfər edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlət başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən prezident ilham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

13-07-2016, 22:15
ABŞ kəşfiyyatından MÜHARİBƏ ANONSU: “Bakı bunu qəbul etməyəcək və...”
15-09-2016, 01:17
Bu gün Azərbaycanda Bilik Günüdür
2-04-2016, 18:35
Məşhurların cəbhədə baş verənlərə reaksiyası - FOTOLAR
17-05-2016, 15:24
Kreml Vyana görüşünə reaksiya verdi
1-09-2020, 12:47
"Acunu yatağıma buraxdım" - Hülya Avşar
1-05-2020, 21:10
Baş Nazirdən təhsil müəssisələri ilə bağlı QƏRAR
24-10-2017, 14:24
Bürcləri gələn İL NƏ GÖZLƏYİR? Eşq, pul, iş... - Amerikalı ALİM AÇIQLADI
3-02-2016, 00:18
Aygün Kazımova: İlhamə dəfələrlə məni də şərləməyə çalışıb - FOTO
2-04-2017, 01:45
Azad Suriya Ordusu səhrada hücuma keçdi