Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qulu Məhərrəmlinin jurnalistə qarşı şikayətinə baxıldı
Tarix: 28-04-2016 | Saat: 11:53
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Qulu Məhərrəmlinin jurnalistə qarşı şikayətinə baxıldı
Bu gün Səbail Rayon Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin İctimai Televizyanın (İTV) əməkdaşı Rauf Rəcəbova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iş aidiyyatı üzərə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Q.Məhərrəmli R.Rəcəbovu məhkəməyə verib. O, İTV-nin əməkdaşına qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli Azərbaycan televiziyası (AzTV) tərəfindən hazırlanan videosujetdə R.Rəcəbovun onu təhqir etdiyini iddia edir. Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra A.Alışanov Q.Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Hazırda Nəsimi Rayon Məhkəməsində iş üzrə icraat dayandırılıb. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. Hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.


Xəbəri paylaş

5008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___