Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Separatçıların oyuncaq “nazir”i Azərbaycanı hədələdi
Tarix: 27-04-2016 | Saat: 18:19
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Separatçıların oyuncaq “nazir”i Azərbaycanı hədələdi
Cəbhə xətti boyunca davamlı uğursuzluqlarla üzləşən işğalçı Ermənistanın və Dağlıq Qarabağdakı oyuncaq qurumun rəhbərliyi Azərbaycana yönəlik hədələr səsləndirməkdə davam edirlər

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, sonuncu belə hədəni Dağlıq Qarabağın “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan səsləndirib.

Vaşinqton Post qəzetinə müsahibə verən separatçı iddia edib ki, onlar qarşı tərəfin hücumunu dəf etməyə qadirdirlər və bunu dördgünlük müharibə də göstərdi.

“Əgər müharibə yenidən bərpa olunarsa, biz yalnız düşməni dəf etməyəcəyik, özümüz də irəli gedəcəyik” – oyuncaq “nazir” sayıqlamalarını davam etdirib. Mnatsakanyan bir az da uzağa gedərək iddia edib ki, “Qarabağ Rusiyanın köməyi olmadan da müdafiə oluna bilər”.

Qeyd edək ki, son zamanlar Ermənistan Qarabağ separatçılarının arxasında gizlənməklə, Xankəndini nə vaxtsa baş tutacaq danışıqlarda “tərəf” kimi masa ətrafında oturtmağa çalışır. Elə yayılan cəbhə xəbərlərinin separatçı “DQR”-in “rəsmilərinə” istinadən verilməsi, separatçıların cəbhə bölgəsində toplantılar keçirtməsi, hətta Amerika mətbuatına çıxarılması bunun təsdiqidir.

Görünür, İrəvan indi anlayıb ki, aprel toqquşmlarında özünü tam ifşa edib. Ancaq artıq gecdir və Bakı heç zaman Xankəndi ilə birbaşa danışıqlara getməyəcəyini birmənalı şəkildə bəyan edib.


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___