Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcü baş nazir “erməni soyqırımı”na gedəcəkmi?
Tarix: 20-04-2015 | Saat: 14:20
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər

Gürcü baş nazir “erməni soyqırımı”na gedəcəkmi?
“Erməni rəhbərləri anlamalıdırlar ki...”.

Gürcüstan 1915-ci ildə baş verən hadisələri “soyqırım” kimi tanımasa da, aprelin 22-24-də İrəvanda qondarma “erməni soyqırımının” 100 illiyinə həsr olunmuş tədbirdə gürcü nümayəndə heyətinin də iştirakı gözlənilir.

Lakin hələlik rəsmi nümayəndə heyəti ilə İrəvana kimin gedəcəyi bəlli deyil. Aydındır ki, nə prezident Giorgi Marqelaşvili, nə parlamentin sədri David Usupaşvili Ermənistana getməyəcəklər, lakin Baş nazirin bu ölkəyə səfər edib-etməyəcəyi məsələsi hələ həllini tapmayıb.

Xeberaz.az Qruziya-Onlayn-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Rezonansi” qəzeti yazıb.

“Gürcüstan üçün bu səfər ikiqat incə məqamdır. Əvvəla, nümayəndə heyətinin yüksək səviyyədə iştirakı iki mühüm strateji tərəfdaş – Türkiyə və Azərbaycana toxuna bilər.

Bundan başqa, daha bir vacib məqam var – Rusiya prezidenti Vladimir Putində “qondarma erməni” soyqırımı ilə əlaqədar aprelin 22-24-də İrəvana gələcək və böyük ehtimalla, o, gürcü nümayəndə heyətinin rəhbərləri ilə görüşəcək”, - deyə, qəzet qeyd edib.

Diplomatiya akademiyasının rektoru Soso Tsintsadze qeyd edir ki, Gürcüstan bu incə məsələdə özünü çox ehtiyatlı aparmalıdır:

“Nümayəndə heyəti getməlidir, lakin baş nazir İrəvana getməsə, Ermənistanda buna tənqidi yanaşmalı deyillər.

“Erməni rəhbərləri anlamalıdırlar ki, Gürcüstanın açıq-aşkar həmrəyliklə Türkiyə və Azərbaycan kimi mühüm qonşularını qıcıqlandıra bilməz. Milli maraqlar və maddi amili, investisiyaları nəzərə alaraq, Ermənistan bizim üçün çox kiçik yer tutur”, - deyə, Soso Tsintsadze bildirib.


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___