Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov Tərtərə gedib
Tarix: 26-04-2016 | Saat: 12:51
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Zakir Həsənov Tərtərə gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tərtər rayonuna səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir öncə Tərtər rayon İcra Hakimiyyətində olub, burada İH başçısı Müstəqim Məmmədovla görüşüb.

Daha sonra Zakir Həsənovun Tərtər şəhər sakinləri ilə görüşü olub.

Şəhər sakinləri nazirə ermənilərin iriçaplı silahlardan açdıqları atəş nəticəsində evlərə dəyən ziyan barədə məlumatlar veriblər.

Nazir deyib ki, ermənilər törətdikləri cinayətlərin hesabını verəcək, cəzasını çəkəcəklər. O, gecə boyu atəşkəsi pozan düşmənin layiqli cavabının verildiyini, atəş açılan hədəflərin məhv edildiyini bildirib.

Nazir ötən gecə Tərtər şəhərinə mərmi düşməsi nəticəsində dağılmış, Əhməd Abbasova məxsus evdə də olub.

Daha sonra müdafiə naziri cəbhə xəttinə gedib.
Zakir Həsənov Tərtərə gedib
Zakir Həsənov Tərtərə gedib
Zakir Həsənov Tərtərə gedib


Xəbəri paylaş

5608 dəfə oxunub.

Digər xəbərlər
5-04-2016, 00:30 Bürclər - 5 aprel

bütün xəbərlər
____ Instagram ___