Peskov: “Qarabağ ətrafındakı vəziyyət çox kövrəkdir”
Tarix: 25-04-2016 | Saat: 16:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Kremldə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət çox kövrək kimi qiymətləndirilir”.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Vəziyyət çox kövrəkdir”, - deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Xəbəri paylaş
5578 dəfə oxunub.
Digər xəbərlər

25-04-2018, 10:30
Flora Kərimova Röyanın təhqirlərinə belə cavab verdi-FOTO
15-08-2023, 11:44
Zukerberq və Mask arasında döyüş Pompey şəhərində keçirilə bilər
2-07-2015, 19:39
Moskvada çılpaq qızların saç kəsdiyi kişi salonu aşkarlandı – VİDEO
11-05-2015, 14:31
"Anasına bax, qızını al" deyimi məşhur simaların övladları-FOTO
22-10-2022, 09:49
Bu maşınlar artıq Azərbaycana gətirilmir və satılmır - AÇIQLAMA
1-06-2016, 15:40
Ermənilərdən iyrənc məktub: “Xain, alman donuzu”
28-11-2016, 11:20
Metroda gediş haqqı artacaq? - RƏSMİ AÇIQLAMA