Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda dəyişiklik
Tarix: 25-04-2016 | Saat: 16:07
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda dəyişiklik
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbulla bağlı dəyişiklik edilib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq.

Belə ki, abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK‑nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər ali təhsil müəssisələrinin I qrup “memarlıq” ixtisası üzrə aprelin 15-dən 30-dək, ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə mayın 6-dan 19-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək elektron qeydiyyatdan keçməlidirlər.

Bildirək ki, qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.

Qeyd edək ki, ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 2016-cı il tarixli 2-ci sayında verilib. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri “Abituriyent” jurnalının 3-cü sayında nəşr ediləcək.


Xəbəri paylaş

9458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___