Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mersedes-Benz simvolunun sirri
Tarix: 19-04-2015 | Saat: 01:41
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / M2 / Texnologiya | çapa göndər

Mersedes-Benz simvolunun sirri

Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.

Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq. Deməli belə:

Simvolu əhatə edən dairə - hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə - həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə - mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, - “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.

Gəlin axtarışlarımızı davam etdirək; - Bəs, dairənin işərisindəki üçguşəli ulduzun mənası nədir? Üçguşəli ulduz – üçbirlik, üçbucaq - xaçpərəstlikdə isə “hər şeyi görən göz”, “İlahi göz” mənasını daşıyır. Belə bir işarəyə, yəni-üçbucağın içərisində açıq göz simvoluna, Amerika və Ukraynanın pul vahidlərinin üzərində də rast gəlmək mümkündür. Bu cür simvola dini mərasimlərdə daha çox rast gəlinir. Hindistanda bu işarə - xaosdan yaranmış ilk kosmik fiqur hesab olunur. Birdəki, İlahi indus triadası olan Trimurti – üç ilahənin – yəni, Yaradici Brahma, qoruyucu Vişnu və dağıdıcı Şivanın birləşməsidir bu işarənin mənası.

Masonlarda isə bərabəryanlı üçbucaq Kosmosun üç hissədən inarət olmasına işarədir. Yəni – İşıq, qaranlıq və zaman....

Numerologiyada üç - çox böyük məna daşıyır. Bu ilk tək ədəddir. Üç həm də quruculuq mənasını daşıyır. Mifik tərəfdən üç – başlanğıc, otra və sonluq deməkdir. Pifaqora görə, üçbucaq Kosmosu simvolizə edir və başqa mənada da – sağlamlıq deməkdir. Finikiyalılara görə - üçbucaq – “dalet” hərfidir, yunan hərfi “delta” bundan yaranmışdır. “Qapı” mənasındadır.

Hansı tərəfdən yanaçırıqsa yanaşaq, Mersedes – Benzin loqotipindəki üçguşəli ulduz yəni 3 rəqəmi daha çox magik məna daşıyır. Dini və mistik kitablarda, əsasən də “İncil”də 3 rəqəminə çox rast gəlmək olar. Məsələn: 3 falçı, İsanın öldüyü gün – 3 aprel, İsanın yaşı – 33, İsanın dirilməsi – 3-cü gün... və sairə və ilaxır...

Digər bir tərəfdən, bəşəriyyət, ümumiyyətlə, yaradıldığı gündən 3 rəqəmini mistik bir rəqəm hesab etmişdir. 3 rəqəmi – mifik, mistik və dini tərəfdən də baxsaq - sirli və sehirli bir rəqəm hesab edilir....


Xəbəri paylaş

8948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___