Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heydər Əliyevlə bağlı konfrans başlayıb
Tarix: 20-04-2016 | Saat: 11:58
Bölmə:M / Siyasət / M2 | çapa göndər

Heydər Əliyevlə bağlı konfrans başlayıb
Aprel ayının 19-dan 22-dək Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Tələbələrin 4-cü elmi-texniki konfransı keçirilir.

Ali məktəbdən konfransda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli və SOCAR-ın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor öz fəaliyyətində tədrisin elmlə vəhdətini təmin etməyi prioritet hesab edən Bakı Ali Neft Məktəbində tələbələrin elmi işlərə cəlb olunması üçün daim məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli belə möhtərəm tədbirin keçirilməsinə görə BANM-in rəhbərliyini, kollektivini və tələbələri təbrik edib. İsa Həbibbəyli Tələbə elmi-texniki konfransının dahi şəxsiyyət Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmasını təqdirəlayiq hal hesab etdiyini bildirib.

Konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib. Ümumilikdə, konfransın gedişatında 127 məruzə dinləniləcək.

Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri ən maraqlı məruzələri təqdim edən iştirakçıları müəyyən edəcək.

Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətlərinin hədiyyələri təqdim olunacaq.

Paylaş Tweet Paylaş


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___