Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elman Abdullayevdən Afrika ölkələrinə Ermənistanın cəzalandırılmasına dair çağırış
Tarix: 19-04-2016 | Saat: 23:15
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Elman Abdullayevdən Afrika ölkələrinə Ermənistanın cəzalandırılmasına dair çağırış


Azərbaycanın Efiopiyadakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının üzv ölkələrinə müraciət ünvanlayıb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən xəbərə görə, Efiopiyanın böyük oxucu kütləsinə malik olan “The Reporter” qəzetinə müsahibə verən səfir Elman Abdullayev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini pisləyən və eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana təsir göstərilməsi üçün Afrika İttifaqının üzv ölkələrinə BMT-yə çağırış etməsi üçün müraciət edib.

Səfir E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti, o cümlədən Afrika ölkələri tərəfindən tanındığını qeyd edərək, beynəlxalq hüquqa hörmət etməyən Ermənistanın cəzalandırılması zəruriliyini vurğulayıb.

Daha sonra səfir E.Abdullayev Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini şərh edib. Səfir E.Abdullayev həmçinin Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu qeyd edib və ölkəmizin regionda həyata keçirilən bütün irimiqyaslı layihələrin reallaşdırılmasında aparıcı rol oynadığını oxucuların diqqətinə çatdırıb.


Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___