Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pakistan prezidenti Xalça Muzeyində - FOTOLAR
Tarix: 14-03-2015 | Saat: 12:20
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Pakistan prezidenti Xalça Muzeyində - FOTOLAR
Azərbaycan Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurdu.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Azərbaycan Xalça Muzeyində olub.

Xeberaz.az xəbər verir ki, qonağa məlumat verildi ki, muzeyin ekspozisiyası xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini, xalçalara xas olan nadir gözəlliyi, zərifliyi və bədii məziyyətləri, xalça materialının, xalçaların yaradılması texnikasının harmoniyasını nümayiş etdirir.

Bildirildi ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. Diqqətə çatdırıldı ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də saxlanılır.

Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları, avropalı rəssamların əsərlərində bu xalçaların rəsmləri nümayiş etdirilir. Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası da diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat fondlarında saxlanılan xalçalar arasında XVII-XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları da görmək olar.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Burada nümayiş olunan xalçalar çökük divarlarda asılıb. Muzeyin yuxarı mərtəbələrində istənilən nöqtədən baxanda bu xalçaların əkslərini görmək olur. Bunun sayəsində kolleksiyanın çox hissəsini müxtəlif rakurslardan müşahidə etmək mümkündür. Muzeyin terrasında açıq səma altında sərgilər keçirmək olar.

Azərbaycan Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurdu. Sonda Prezident Məmnun Hüseynə xatirə hədiyyəsi təqdim edildi.






Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___